15.01.2012

Qənirə Paşayeva: “Türk milləti heç zaman Rauf Denktaşı unutmayacaq”


Qənirə Paşayeva
Qənirə Paşayeva
Rauf Denktaş dünyasını dəyişsə də Türk milləti heç zaman onu unutmayacaq.
gün.az xəbər verir ki, bunu dünyasını dəyişmiş Şimali Kipr Türk Cümhurriyətinin ilk prezidenti Rauf Denktaşla vida mərasimi üçün bu ölkəyə yola düşən millət vəkili Qənirə Paşayeva deyib.

“O adını Türk dünyasının tarixinə qızıl hərflərlə yazdırıb. Bu böyük şəxsiyyətin ailəsinin və Kuzey Kıbrısdakı insanlarımızın bu ağır gündə acısını bir az da olsa paylaşmaq borcumuzdur. Mən Rauf bəylə bağlı zaman-zaman televerilişlər hazırlamışam, məqalələr, kitab yazmışam. Onu çox yaxından tanıyırdım. Ancaq hər dəfə onunla görüşəndə o qədər yeni şeylər görürdüm ki, adam onu tanıdıqca tanımaq istəyirdi. O, əsil Lider, əsil Qəhrəman, əsil Ziyalı idi! Təkcə Kuzey Kıbrıs Türk Cümhuriyyəti deyil, bütün Türk dünyasının unudulmaz simalarından idi”.

Комментариев нет:

Отправить комментарий