01.01.2012

"Qorbaçovu vurmağa adam tapmadım..."

Köpək Qorbaçovu öldürmək lazım idi

SSRİ-ni dağıdanlar qaçmaq istəyirmişlər

Yeqor Liqaçev: «Onlar xaricə qaçmağa hazır idilər, boş yerdən xəyanət yeri kimi Polşa sərhədi seçilməmişdi»

SSRİ-nin ikinci adamı olmuş Yeqor Liqaçev Rusiya mətbuatına müsahibəsində Mixail Qorbaçovu aradan götürtmək istədiyini, lakin yaxın ətrafından heç kimi bu işə razı sala bilmədiyini söyləyib. 1983-1990-cı illərdə Sov. İKP-nin katibi, faktiki olaraq partiyanın və dövlətin ikinci adamı olmuş Yeqor Liqaçev bununla bağlı Siyasi Büro yoldaşları ilə danışıqlar apardığını söyləyib: «Soyadlarını çəkməyəcəm. «Etibarınıza, belə açıq söhbətinizə görə sağ olun Yeqor Kuzmiç, sizi dəstəkləyirəm, amma mən döyüşçü deyiləm»,- deyə mənə cavab verirdilər… Belələri çox idi, amma «döyüşçü» olmadıqlarına görə uduzdular».

Liqaçev daha sonra Boris Yeltsinin 1991-ci ildə Beloveş meşəsində Belarus və Ukrayna liderləri ilə birləşərək SSRİ-nin dağıdılması barədə qərar verilməsinə də toxunub: «Bu üç siyasi xadimi Beloveş meşəsində həbs etməli idik. Onlar elə qorxurdurlar ki, xaricə qaçmağa belə hazır idilər. Boş yerdən xəyanət yeri kimi Polşa sərhədi seçilməmişdi». /anspress/

Комментариев нет:

Отправить комментарий