25.01.2012

“Şeiri sevməyən şair – Salam Sarvan”


“Qanun” nəşrlər evində tanınmış şair salam Sarvana həsr olunmuş kitab işıq üzü görüb.
ANN.Az-ın verdiyi xəbərə görə, kitab “Şeiri sevməyən şair – Salam Sarvan” adlanır.
Kitabda Salam Sarvan haqqında ən ziddiyyətli fikirləri, “Uşaqlığı” və “Böyüklüyü”, şeirlərindən nümunələri, Salamla böyük söhbət – şairin 67 suala cavabını, ona ithaf olunmuş şeirləri, dillər əzbəri olan misralarını, “Keçəl Həsən və Həsən Keçəl” – ironik düşüncələrindən seçmələri və esselərindən nümunələri oxuya bilərsiniz.
Kitabı şəhərin kitab mağazalarından (“Əli və Nino”, “Akademiya Kitab”, “Akademkitab”, “Kitab evi” və s.) əldə etmək olar.

Комментариев нет:

Отправить комментарий