17.01.2012

Taksi üsyanı

Səhv etmirəmsə “Kapitan Qrantın uşaqları” əsərindədir, əsərin qəhrəmanı  yaşamağa , yeni ölkə qurmağa torpaq axtarışına çıxır.Hansısa ada da məskən salır.
Pessimist vaxtlarımda mən də bəzən düşünürəm ki, belə bir şey edəm,yığam ölkəni dəyişmək istəyən 5-10 adamı,gedək yeni, sahibsiz  torpaq tapaq ucsuz bucaqsız okeanlarda. Yaşayaq özümüz üçün.Adın əhəmiyyəti yoxdur. Lap olsun Yeni Azərbaycan! Adın nə fərqi var ki. Görünən odur ki, bu ölkənin insanları əksərən manqurtlaşdırılıb. Bunlar bu yaşayışla qane olublar. 1 sülalənin bütün ölkənin sərvətlərini talaması bunların vecinə də deyil. Bir parça çörəyini ver, qarnı doysun,balalarını dolandırsın.Heç siyasət onun boş “xala-delnik”inə də deyil.Lap bu taksi sürücüləri kimi.

Sosial şəbəkələrdə hay-küylə reklam olunan taksi üsyanı , videoya baxınca ölkənin dəyişilməyə başladığına olan ümidlərimi puç elədi. Biri-birinə aman verməyən sürücülərdən biri kifayət qədər diplomatcasına müsahibə verdi: “Biz siyasətə qarışmırıq,biz heç nədən narazı deyilik, bircə icazə versinlər maşınımızla balalarımıza bir tikə çörək pulu qazanaq”
Yahu, necə yəni hər şeydən razısan? Vətəndaşını Rusiyaya 1 parça çörək dalınca göndərən,bütün sərvətlərini vəhşicəsinə sovurub özlərinə Dubayda imarət alanların nə ilə razısan? Deməli sənə 1 parça kağız versinlər ki get işlə maşınınla, olacaq bura cənnət? Sən taksi sürücüsü bilirənmi ki sənin bu sərvətləri bol ölkəndə insan kimi yaşamağın uğrunda neçə nəfər isti ev-eşiyindən olub təcridxanalarda yatır?! Onların da balaları var. ..
Bədbəxt millətik.Çünki fərdiyyətçiyik.Ancaq özümüzü düşünürük.Mənə yaxşı olsun təki. Qalanları özü bilər.Bu fərdiyyətçilik idmandan tutmuş cəmiyyətin başqa sahələrinə qədər olan sferaları əhatə edir.
Ticarətci ancaq ticarət köşkünü bağlayanda dillənir,taksi sürücüsü maşını əlindən alınanda əsəbiləşir, qəzetçi qəzeti bağlananda  hay-həşir salır.
Cəmiyyət parçalanıb yüzlərlə hissəyə.Hərə öz dərdindədir. Etirazçı gənclik də öz kefindədir.Həftədə bir dəfə parti təşkil edib istefa filan haykırırlar, gəlirik-gəlirik deyib 1 addım irəli,2 addım geri atırlar. Kimi polislə tutaşıb poza verir,məqam gözləyir ki,bu pozada çəkilən şəkillərini aparıb hansısa səfirliyə versin, sığınacaq alıb Avropada yaşasın.
Guya azad yazarları da bu ölkənin,  iqtidarından fərqli durumda deyil.Təsirləri altına saldıqları gəncləri təhrik edirlər ki biri-birilərinə “versinlər”, guya bu seksual inqilabdır, onlar bununla ruhən azad olub ölkəni dəyişəcəklərmiş. Heyf ki inəklər uçmur...

xoshmeramli-sefil.blogspot.com

Комментариев нет:

Отправить комментарий