14.01.2012

Telli: “Cəhənnəmin istisi” (şeir)


Həyat bir gün bitəcək,
Məşhərdə görüşəcəyik.
Sən cənnətin qapılarından keçərkən,
Mən zəbanilərlə cəhənnəmə gedəcəm.
Ağlayacam arxandan -
Sənin üçün dua edəcəm yenə…
Göz yaşlarım cəhənnəm istisini soyutmayacaq,
Mən alov üçün odun daşıyacam,
Şeytan olmazın işgəncəsin verəcək.
Bilirəm,
Gözlərim yanacaq,
Dərim soyulacaq,
Yenə Sənin üçün dua edəcəm…
Bilirəm, Sənin də duaların əksik olmur,
Halıma ağlayırsan.
Fürsətin olsa cənnəti tərk edərsən,
Yanıma – cəhənnəmin istisinə gələrsən.
Elə də mükəmməl deyiləm,
Günahlarımı tamamlayıb yanına gələcəm…
Səni heç sevmədiyim qədər sevəcəm,
Dualarına duaçıyam…

Комментариев нет:

Отправить комментарий