01.01.2012

Yeni İliniz mübarək!

Sima Ənnağı

Bir təqvim ilini də başa vurduq... Nələri itirdik, kimləri itirdik... Nələri əldə etdik... İlin son saatlarında yaşadıqlarımızı xatırlayarkən, kədərlənməyək... Hər şey keçib gedir, hər şeyin - üzüntünün, uğursuzluğun, yalanın, təkliyin sonu var. Olmalıdır o son. Çünki son - həm də nəyinsə başlanğıcıdır - ümidin, sevginin, uğurun, yeniliyin başlanğıcı.
Rişxənd etməyi sevənlər adətən deyirlər ki, biz Yeni İli bayram etmirik; ötən il ərzində sağ qaldığımıza sevinirik. Amma onlar nə deyirlər desinlər, Yeni İl bayramı xülyalarla vida, arzu və ümidlə görüş deməkdir. Yeni İl - uşaqların nağılı, ümidsizlərin ümidli sabahı, qalan insanların isə sadəcə şənliyidir.
Bir səmamız, bir günəşimiz və bir sabahımız var. Sevinc və sevgi dolu sabah.
BAYRAMINIZ MÜBARƏK!

Комментариев нет:

Отправить комментарий