09.01.2012

Yəhudilər İslamı qəbul edir


İsraildə ivrit dilində aparılan İslama dəvət son 30 ildə analoqu olmayan bir işə çevrilib.
Qüds İsrail Tədqiqatlar Mərkəzinin əməkdaşı professor İsaak Ritter ölkədə ildə nə qədər yəhudinin İslam dinini qəbul etməsi ilə bağlı araşdırma aparıb.
Bia.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, araşdırmalar nəticəsində hər il azı 20 yəhudinin müsəlman olduğu məlum olub. Onların da böyük əksəriyyəti qadınlardır. Yəhudi alim İsraildə ivrit dilində aparılan İslama dəvətin son 30 ildə analoqu olmayan bir iş olduğunu bildirib.
Ritterin apardığı araşdırma nəticələrinin bir qismini dərc edən “Yediot Ahronot” qəzetində göstərilib ki, İslam dininə dəvət artıq yəhudilərin səflərinə nüfuz etməkdədir.


Qəzet onu da yazır ki, İsraildəki müsəlman dəvətçilər çox mədəni insanlardır və onlar ehtiramla yəhudilərə yanaşaraq, gözəl şəkildə yəhudiləri İslama dəvət edirlər. Dəvətçilər ivrit dilində səlis danışırlar ki, bu da dəvətin daha da effektiv aparılmasına imkan verir.
Qəzet bildirdiyinə görə, İsraildə İslama dəvət Yaxın Şərq və Avropadan yayımlanan peyk televiziyası və internet saytlarında aparılan dini təbliğat sayəsində başlanılıb. İsraildəki müsəlman dəvətçilərdən Əbu Həsən isə açıqlamasında vəzifəsinin haqq olan İslamı təbliğ etmək olduğunu deyir.
Məlumat üçün deyək ki, İsrail qanunlarına görə ölkədə digər dinlərə dəvət fəaliyyəti ilə məşğul olmağa icazə verilir.

Комментариев нет:

Отправить комментарий