22.02.2012

Fevralın 25-də Salam Sarvanın kitabının təqdimatı olacaq


Fevral ayının 25-də (şənbə günü) saat 12:30 da “Şeiri sevməyən şair – Salam Sarvan” kitabının təqdimat mərasimi olacaq. Tədbir Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında keçiriləcək.

Ünvan: Bakı Şəhəri; Xətai rayonu; Xaqani Rüstəmov küçəsi 1210-cu məhəllə (Xətai metrosunun yaxınlığı).

“Şeiri sevməyən şair – Salam Sarvan” kitabında Salam Sarvan haqqında ən ziddiyyətli fikirlər, şeirlərindən nümunələr, Salamla böyük söhbət – şairin 67 suala cavabı, ona ithaf olunmuş şeirlər, Salamın dillər əzbəri olan misraları, “Keçəl Həsən və Həsən Keçəl” – ironik düşüncələrindən seçmələr və esselərindən seçmələr toplanıb.
Maraqlananlar iştirak edə bilərlər.

Комментариев нет:

Отправить комментарий