22.02.2012

G 20-nin sirrləri

 Hakimiyətə təminat qarşılığında Dövlət Neft Fondu girov qoyulub!!!

Yenə rejimin yalancı təbliğat maşını iş başındadır. Azərbaycanın G-20 dəvət olunmasını millətə “böyük nailiyət” kimi yedirməyə calışırlar. Sual olunur dünya sralamasında 150-ci olan bir balaca ölkənin qurdlar sürfəsində nə işi var?… Hec şübhəsiz biz qurdlar sürfəsində canavar olmaq ücün hələ cox körpəyik, deməli biz bu məclisdə olsaq-olsaq yem kimi, qurban kimi iştirak edə bilərik… 

Yəqinki 2009-cu ildə coxlarının yadındadır prezident hökumətin iclasında bəyan etdiki Neft Fondunun xaricdə yerləşmiş aktivlərinin bir hissəsi Azərbaycana gətiriləcək,amma gətirilmədi. Nə Ücün?… cavab bəsitdir cünki dünya gücləri buna mane oldular. Bəli cox acınacaqlı faktdırki bu gün Azərbaycan dövləti Neft Fondu üzərində nəzarəti Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi işi -gücü kasıb xalqları “borc kəndiriylə” boğmaq olan imperialist qurumlara təslim edib. Rəsmi məlumatlara görə hazırda Dövlət Neft Fondunda 30 milyard dollar vəsait var və bu vəsaitlərin hamısı xarici banklarda saxlanır və onlar tərəfindən idarə olunur. Qarşılığında isə Azərbaycana 1% mənfəət verirlərki, buda ildə cəmi 200-250 milyon dollar edir. Bəli 30 milyardlıq bir sərvətin illik qarşılığı sadəcə 1% kimi sinvolik məbləğdir. Təəccüblü isə orasıdırki, həmən banklar elə öz pulumuzu bizə 3-5%-lik borc verirlər və biz hər il həmən banklara borc faizi ilə elə təxminən 200 milyon dollar borc ödəyirik. Deməli 30 milyard neft pulunun idarə olunmasından əcnəbi banklar bizə ödədikləri 1%-lik mənfəəti digər əlləriylə həmdə 3-5 %-lə geri alırlar. Bu isə o anlama gəlirki Azərbaycan dövləti xarici banklarda yerləşdirdiyi vəsaitlərdən əslində hec 1 dollarda qazanmır.Qazanan xarici banklardırki, onların Azərbaycanın neft pularından illik xalis mənfəəti ən azı 5-6 milyard dollardır. Deməli imperialist dövlətlər bir tərəfdən Azərbaycan neftindən əldə etdikləri pay hesabına ildə 9 milyard dollar qazanırlar, digər tərəfdən isə Azərbaycanın Neft Fondunun pullarını dövrüyəyə buraxaraq ildə azı 5-6 milyard dollarda əlavə gəlir əldə edirlər. Nəticədə Xarici dövlətlərin Azərbaycan neftindən birbaşa və dolayı gəlirləri ildə 15 milyard dolları haqlayır ki,buda kicik bir ölkədən qarət olunan cox böyük sərvət deməkdir.
Bəli müstəqillik oyunu bu millətə köləlikdən və sərvətlərini əcnəbi şirkətlərə təslim etməkdən başqa bir şey vermədi. İndi əminliklə demək olar ki,xarici imperialist dairələr Azərbaycan hökumətinə ancaq dövlət büdcəsini dolduracağı qədər neft pulu verir, qalan neft pularıə axırıncı dollarına qədər xaricilərə xidmət edir. Xarici banklarda yerləşdirilən neft pulları bizim ücün sadəcə ölü kapitaldır, xaricilər ücünsə hərəkətdə olan mənfəət gətirən kapital. Sual olunur bu güzəştlər nəyin müqabilindədir?… cavab aydındır mövcud rejimin hakimiyətdə qalmasına Qərbin verdiyi təminatın qarşılığıdır… Türkiyə bizi burunlayan kimi milyardlarla vəsait axdı Türkiyəyə, halbuki azəri acların bu pula ehtiyacı daha cox idi. Deməli qonşu dövlətlərlə, Dünya Bankıyla, Beynəlxalq Valyuta Fonduyla, imperialist dairələrlə dil tapmaq ücün xalqın sərvətləri Dünya Kapitalının ixtiyarındadır. Böyük dövlətlər balaca Azərbaycanın könlünü almaq ücün bəzən G-20 yə, bəzən BMT-yə qeyri daimi üzv kimi “mötəbər” yerlərə dəvət göndərirlər… Hə buda Yeni Azərbaycanın “nailiyəti”…

Комментариев нет:

Отправить комментарий