16.02.2012

Ət qoxusu və bizim gənclər


İctimai sektor kənardan ət kombinatına oxşayır- ətrafı ət iyinə gələnlərlə doludur

Bu trio ələ saldıqları muğam triosu kimi şeydilər- tar çalanı bəlli, kamança çalanı bəlli, qafalı alıb oxuyanı bəlli

Sistemin təzyiqindən təsirlənib  92-93-c illəri həsrətlə xatırlıyırlar bəziləri. Amma yaşı çatmayanlar, o vaxtları görməyənlər bilmir ki, o vaxtlar heç də hər şey mükəmməl olmayıb. Adi bir faktı deyim ki,siyasi polemikanı küçə səviyyəsinə endirib əhaliyə özünü güldürən Pənah Hüseyn baş nazir olduğu dönəmdə bir qrup millət vəkilini tutub basmışdı təcridxanaya. Kimsə onun başa sala bilmədiki millət vəkilinin toxunulmazlıq adlanan hüququ var. 

O hətta Elçibəyidə inandırmışdı ki Heydər Əliyevi çağırıb vəziyyəti düzəltmək olar, bu müddətdə Kələkidən (!) ölkəni idarə etmək mümkündür. Heydər gəlib hər şeyi yoluna qoyacaq və deyəcəkdiki gəl Elçibəy, sən davam et. Molla Nəsrəddinin, yaxşı,amma qarpıza işləyən baş haqqında misalı var, elə bil bu bəyə yazıb.Amma mövzu bu deyil, rus demişkən proexali...
İndiki vəziyyət də o vaxtdan kəskin fərqlənmir. Düzdü o vaxtdan fərqli olaraq kitab oxuyan, qloballaşmanın gətirdiyi bütün imkanlardan yararlanan gənclik var ortada, arada bir oxuyur,mütaliə edirlər. Amma çox az kəsim. Bəzilərinə baxıram ki,ictimai sektora niyə gəldiyini təyin edim, heç cür alınmır. Kimi qız ,kimi oğlan tutmaq həvəsi ilə ortalıqdadırlar. Bu gedişlə yeni gənclər təşkilatı yaranacaq : Party Gənclər Təşkilatı. Devizləri də yəqin bu devizlərdən biri  olar : İçirik, çəkirik, əyilirik,dururuq və s .! 
Lap tutalım hansısa göyərtisatan özünü yandırdı,  bir qrup taksi sürücüsü bu göyərti satanlarla birləşdi, başqa narazı kütlələr də onlara qoşuldu, üsyan qalxdı,rejim devrildi. Bəzi postlarda insanlar oturdu,vəzifələndilər.Bəs sonra? Axı kiçik bir rayonu belə idarə etmək üçün yalnız icra başçısı bəs etməz. İşi bilən, dövlət işlərindən anlayan insanlara-gənclərə ehtiyac var! Qoca qurdlara, dünən heydərizmə bu gün demokratiyaya sitayiş edən tülkülərə meydan verilsə yeni gələn hakimiyyətin taleyi Elçibəy hakimiyyətinin taleyindən fərqlənməyəcək.
Gəncləri seksə təhrik edən, onların yaşlarından, lap belə bir çoxlarının “baş”larından istifadə edib seksə,içkiyə yönləndirənlər, “gənc çəkməli,içməli, sevişməlidir” deyənlər sabah dövlət idarəsində işləməyə gənc tapılmayanda nə cavab verəcəklər? Sizcə məsələn  Şirzaddın kafesindən Xan arağı vuran bir aktivist, liberal, ala lap solçu gənci qulağından tutub gətirsən yaxınlıqdakı Bakı şəhər İcra Hakimiyyətinə, desən ki bu işi apar, o gənc o işi apara biləcəkmi? YOX!
Mənasız seminarlar, konfranslar, treninqlər təşkil edib gəncləri otellərə yığanlarda az məsuliyyət daşımırlar. Nə verir bu tədbirlər gənclərə? Heç nə! Təşkilatçının cibi dolur amma. Gəncə qalan isə yeni tanışlıqlar, yaxşı yemək və içməklər olur. Müxtəlif xarici fondların təşkil etdiyi belə tədbirlərə isə çox zaman heç mövzudan anlamayan gənclər qatılır. Xaricdəki tədbirlə həvəslə gedənlərdə eyni gündədirlər. Xarici Fondlar belə seminarlar təşkil etməklə bəlkə də liberal avropa dəyərlərini bu şərq ölkəsində yaymağı düşünürlər, amma əbəs yerə!  Məsələn elə Ümid partiyasının funksioneri Aynur İmranova (ona gənc də demək olar, hər halda özü belə istəyir!) liberalizm təbliğ edən, xaricdə (əsasən Gürcüstanda) keçirilən  heç bir tədbiri qaçırmasada qatı mühafizəkardır və heç “düzələnə” oxşamır. Təki xaric olsun, tədbiri lap faşistlər təyin etsin.Getsinlər,görsünlər,yesinlər,içsinlər, gəlib olduqları şəhəri geninə-boluna tərifləsinlər.
Həbslərin və həbsdən sonra məhkəmələrin olmasının yaxşı bir xususiyyətini tapmışam son zamanlar. Məhkəmə olanda ictimai sektorun üzvləri ora yığışar, ictimai-siyasi polemikalar aparardılar. Bir növ məhkəmə önləri 92-93-cü illərin çayxanası rolunu oynayırdı. (Zatən inqilab da elə çayxanalardan başlamışdı) İndi nə tutulan var nə də məhkəməsi olan. Bu səbəbdəndə uşaqlar üz veriblər yeraltı məkanlara. Underground fəaliiyət də deyil bu fəaliyyət. Az qala hər həftə sonu party, içki, içkidən xumarlanıb rəqs filan etmək. Ölkə yaddan çıxıb. Nəyin uğrunda savaşdıqlarını unudurlar.
Nə içkiyə, nə party-ə, nə də seksə qarşı deyiləm. Lakin bu qədər olmazda. Qadın, içki, yarıqaranlıq məkan bir arada çox olanda insan sapır yolundan.
Bu party-lərin çoxalmasının səbəbini isə yenə də 3 muşketyorda görürəm. Bunlar Əli Əkbər, Seymur Baycan və Xədicə İsmayılovadır. Gənclərin içkiyə,seksə bu dərəcədə  məsuliyyətsiz şəkildə itələnməsinin səbəbkarı bu triodur. Bu trio qorxunc Bermud üçbucağı kimi gəncləri “udur”. Bu trio ələ saldıqları muğam triosu kimi şeydilər. Tar çalanı bəlli, kamança çalanı bəlli, qafalı alıb oxuyanı bəlli.
Döyüş kənardan daha yaxşı görünür deyib bir müddətdir ki seyr edirəm baş verənləri. Yaxşı  çox az şey var. “Liberalizm”, “azad seks” deyib gəncliyi məhvə aparırlar. Nə qədər qəribə olsada bütün bu işləri “hakimiyyət” irerarxiyanın başında duran bu trio edir. Ondan aşağıda gələnlər isə nisbətən aşağı ranqlı çinovniklərdir. Onlar bir “kruq” təşkil ediblər və ora hər adamı buraxmırlar. Lap aşağıdakılar çox özlərini həlak etsələrdə “kruqa” girmək onlar üçün mümkünsüzdür. Bu “kruq” çörəyi burdan çıxanlardır.  
“Seksual inqilab!” deyib gəncləri seksə təhrik edir, necə bir mühafizəkar cəmiyyətdə yaşadığımızı, sonradan bu gəncləri nəyin gözlədiyinin fərqinə varmırlar. Trio hesab edir ki bakirəlik pis şeydi. Təsirlərinə saldıqları gənclərdə urra deyib bu fikri hayqırırlar.
Trio deyir ki dolma,bozbaş, xaş yemək ayıbdır. Təsir altındakı gəncin boğazına bıçağı daya, əttövbə yesə o xörəkdən. İnanıram ki, trio desə ki, lüt gəzmək lazımdır,bunlar heç çəkinmədən lüt gəzəcəklər.
Triodan qurtaraq keçək partiyadakı gənclərə. Bu gənclərlə o biri gənclər arasında da bəzi fərqlər var. Bir konteksə çıxaraq qeyd edim ki, Trioya sitayiş edən gənclər partiyadakı gənclərə yuxarıdan aşağı baxır, onlar düşünürki  onlar  azaddırlar, partiya üzvü olanlar isə aslı gənclərdilər.Partiya sədrindən aslıdırlar və s. Bu barədə çox dərinə getməyək, davam edək.Bu sektorda hər şey qaydasındadırmı? Xeyr!
Başlayaq gözəlim VHP-dən və onun gənclərinin başqanı Seymur bəydən. Partiyasının sədrindən o qədər yazmışam ki, artıq bəsdi deyib birbaşa bəydən yazmaq istəyirəm. Seymur bəyin son bloq yazısını o qədər insan paylaşmışdı ki, maraq məni götürdü,tənbəllik etməyib oxumaq istədim. İlk cümlə sillə kimi dəydi üzümə elə bil. Bəy yazır : “Gəlirik, ehtiyatlı olun,ayaq altında qalarsız!” Allah!!! Bunu xaricdə yaşayan,azəricə bilən biri oxusa elə bilər Hitlerin alman xalqı qarşısında çıxışından sitatla başlayıb bəy yazısına. Vallah böyük bir ordunun qarşısında çıxış edən sərkərdə belə şey deməzdi. Bir az biədəb olsa da belə yerdə bakılılar deyir ki “ay bala, dar götdən gen osturma”. Yazının sonrasını oxuya bilmədim. Mənasız təriflər, dost-tanışa mədhiyyələr filan.Bu qədər bəsit.
Keçək Müsavat GT-yə. Sədri vicdan məhbusu olduğundan onu əvəz edən Səxavət bəyin bir statusu gözümə dəydi. Bəy yazır : “Müsavat gənclər təşkilatı olmayan yer “yer” deyil!”  Tövbə əstəğfurallah ! Bu nə yanaşma, bu nə münasibət, bu nə səviyyə?! Bir siyasi təşkilatın, o təşkilatın ki, bir azərbaycançılıq ideyası olan müsavatçılığı özünə ad seçib, bu təşkilatın gənclərinə rəhbərlik edən birinin belə şey yazmağa haqqı varmı? Hanı bunun sədri? Niyə təpinmir ki, ay bala, belə zadlar yazma.Sən bu boyda partiyanın gənclərinə başqanlıq edirsən! Kənardan baxan var. Liberal İtiifaqa üzv olan bir partiyadır Müsavat ! Ərəstun Oruclu bunları yığır tez-tez seminarlar –treninqlər təşkil edir, bəs niyə bir dəfədə partiyanın seçdiyi liberalizmin əsaslarını bu novcavanlara öyrətmir? Bu yolla ətrafdakıları çimçəşdirirlər. Bu statusu oxuyub Müsavata kim gələr?!
Rəhmətlik Elçibəy Kələkiyə gedəndə ətrafında 25-30 yaşlı gənclər var idi partiyada.O gənclər Elçibəysiz AXC boyda partiyanı idarə edirdilər. Hətta Bəy hakimiyyətinin sonlarına az qalan bir vaxtda belə gənclərə etibar edib Əli Kərimlini 28 yaşında olmağına baxmayaraq dövlət katibi təyin etmişdi. Sonradan Elçibəy yolundan sapanlar olsada o gənclərin bir çoxu, yenə siyasətdədirlər. İndiki 25-30 yaşlı cavanlar isə partiyalara qoşulmağı aslılığ , günah hesab edib Gənclər Təşkilatlarına axışıb ciddi işlə məşğul olanları ittiham edirlər.
İndiki ictimai sektor kənardan ət kombinatına oxşayır. Ətrafı ət iyinə gələnlərlə doludur. Onlar çox da azgöz deyillər, 250 qram ət onlara yetər! Yetər ki o əti verin onlara!
P.S Adını çəkməyəcəyəm, yaxın dostlarımdan biri mənasız bir seminarda imiş. Özü danışır ki liftə adını çəkməyəcəyim bir gənclər təşkilatının sədri ilə eyni vaxta miniblər. Cəmi bir neçə nəfər olublar liftdə.GT sədri yarı-zarafat yarı-getçək deyib ki: bu lift bu qədər adamı qaldırmaz, ağırlıq çoxdu. Soruşublar niyə,axı biz azıq,cəmi 3-4 nəfərik, çoxumuzda arıq. Bəy qayıdıb ki : “Mən axı sədrəm! Mənim çəkim ağırdı!

Комментариев нет:

Отправить комментарий