16.02.2012

AXCP Təzəxan Mirələmlinin oğlu ilə bağlı bəyanat verdi

"Mirələmli və Həsənli ailələrinin üzləşdiyi faciənin əsasında hakimiyyətin qarşıdurmanı stimullaşdırması durur"
AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirəlimlinin oğluna oxunan hökmlə bağlı partiya bəyanatla çıxış edib. Bəyanatda deyilir:
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələminin 15 yaşlı oğlu Vasif ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edildi.
AXCP ölkə ictimaiyyətinin diqqətini bu hökmə çəkərək bir daha vurğulayır ki, Vasif Mirələmli və onunla insidentdə dünyasını dəyişən məktəbli Cavanşir Həsənilin həyatlarının normal axarını pozan hakim rejim və onun aqressiv siyasətidir.

Mirələmli və Həsənli ailələrinin üzləşdiyi bu bədbəxt və faciənin əsasında Əliyevçi hakimiyyətin öz opponentlərinə qarşı tolerantlıqdan uzaq olması, aqressiyanı, qarşıdurmanı stimullaşdırması durur.
V.Mirələmiyə oxunan hökm göstərir ki, hakimiyyət öz vətəndaşlarına qarşı qəddar siyasətdən əl çəkmək fikrində deyil.
AXCP vətəndaşları, ictimai-siyasi birlikləri, ziyalıları hakimiyyətin siyasi ambisiya naminə ailələri hədəfləyən, onlara bədbəxtlik yaşadan hərəkətlərinin durdurulması üçün səy və müqavimət göstərməyə səsləyir.
AXCP hesab edir ki, vətəndaşlar arasında düşmənçilik, nifaq salmaq heç bir halda siyasi gücün və nüfuzun təsdiqi sayıla bilməz, əksinə bu cür əməllər siyasi qabiliyyətsizliyin və bəşəri dəyərlərdən uzaq düşüncənin əlamətidir.

Комментариев нет:

Отправить комментарий