24.03.2012

Gənclərə kompliment, qocalara...

Юмор,гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки) Salam Sarvan


Şalvar insana öz fikirlərini gizlətməkçün verilib.(Qaradağdan Möhübbət)


Azərbaycanda atalar və oğullar mübarizəsi də azərbaycansayağı. Ay-hay, bu qarşıdurma yenilikçiliklə mühavizəkarlığın polemikasında, ideyaların və idealların konfliktində deyil ki. Atalar və oğullar mübarizəsi bizim tərəflərdə yalnız avtobuslarda və metro vaqonlarında oturmağa yer uğrunda getməkdə.

Bu mənada qocalarımız həmişə cavanlarımızın əlindən yanıqlı: “İndiki cavanlarda abır-həya yoxdu, böyüyə hörmət qoymurlar”.
Hərçənd, Almaniyada yaşayan qohumumun dediyinə görə, oraların ictimai nəqliyyatında cavanların qocalara yer verməsi ayıb: alman qocaları belə şeyləri xoşlamaz.
Qarşı yatan qoca dağlar da şahid: gənclər bu mənada bütün dövrlərdə lənətləniblər. 2500 il qabaq Sokrat da belə düşünürdü: “İNDİKİ gənclər pis tərbiyə olunub, onlar yaşlılara hörmət eləmir, valideynlərini saymırlar”. 2800 il qabaq qədim yunan şairi Hesiod da belə hesab eləyirdi: “Fikirləşəndə ki, ölkəmizin gələcəyi İNDİKİ gənclərin əlində olacaq, məni dəhşət bürüyür”. Vay dədəə, gəncliyin qarğanmışlığına bax ki, Babil xarabalıqlarından tapılmış 3000 il əvvələ aid saxsı küpün içindən də bu fikir çıxmışdı: “İNDİKİ gənclər tərbiyəsizdirlər, onlar əvvəlki dövrlərin gənclərinə qətiyyən oxşamırlar”.
Hərçənd “qoca” Anarın çərləyib ölməsini istəyən İNDİKİ Seymurbaycan “Dədə Qorqud” filmində dipdiri ağsaqqala gor qazan ƏVVƏLKİ Mikayılmirzəyə çox oxşayır. Amma İNDİKİ Qanturalı qarayallı qazılıq ata minən, “ol qızın beş canavar qalınlığında qaftanlığı vardı” deyib istedad göstərən ƏVVƏLKİ Qanlı Qoca oğlu Qanturalıya heç oxşamır.
İndi gör, nə deyirəm və necə qətiyyətlə deyirəm: mən bu nəsillər qarşıdurmasında yaşımnan da, başımnan da qocaların tərəfində! Çünki məsələ deyildiyi kimi deyil, əksinə, indi qocalar daha çox sıxışdırılmaqda, daha ədalətsiz münasibətlə rastlaşmaqda.
Hə, qardaş canı, bu gənclər onların avtobusdakı yerinə göz dikən qocalara qarşı daha amansız. Gənclər qocaların siyasətdəki, ədəbiyyatdakı, idarəetmədəki yerlərinə göz dikmiş. Vay-vaay, bunlar “vəzifələrdə yaşlılar oturmalıdır” deyən Platona və Aristotelə də dirsək göstərməkdə.
гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки)Bu gənclərin naşükürlüyünə məəttələm: “Bizə meydan vermirlər” – deyirlər... “Gənclər meydanı” nədi bə?! “Bizə gün ağlamırlar” – deyirlər... Hər il 2 fevralda qeyd olunan “Gənclər günü” nədi bə?! “Bizə yol vermirlər” – deyirlər... “Gənclik” metrosu nədi bə?
Qocalara bir taqqa-taraq tramvay xəttini də çox gördünüz eee...
Hə qaqaş, nə deyirsən belə ayrı-seçkiliyə: “Gənc ədiblər məktəbi” sənin, Gənclər və Idman nazirliyi sənin, Gənc tamaşaçılar teatrı sənin, Dövlət Gənclər teatrı sənin, Olimpiya-idman kompleksləri sənin... Bə niyə bu qocalarçün bir nərdxana çadırı da yox ki, babalarımız zəri skameykalarda oturub dizlərinin üstündə atırlar?
Nədi, dünyanin vəhşi vaxtlarında olduğu kimi ov ovlamaq, quş quşlamaq fərasəti olmadığından qıracaqsızmı qocaları? Hərçənd OD kəşf ediləndən sonra daha qocalara toxunmadılar ki, qoca kişilər ODun keşiyini çəkə, qoca arvadlar biş-düşdə kara gələ bilərlər.
İndi qoca kişiləri allahın bir qəbirastanlığına da gözətçi götürməz, qoca arvadları allahın bir xaşxanasına da işə qəbul eləməzlər.
Qocalara hörmətsizlik bütün sahələrdə: nənələrimizin deyingən, aravuran obrazının yaradıldığı kinolara bax da (“Ögey ana”, “Qaynana”)... 
Xeyir ola, nədən “Yeddi oğul istərəm”də qoca Kələntəri, “Mehman”da qoca Qaloşu, “O olmasın, bu olsun”da qoca Məşədiibadı MƏNFİ, gənc Cəlalı, gənc Mehmanı, gənc Sərvəri MÜSBƏT qəhrəman eləmisiniz?
Nə isə, siz özünüz bilərsiz, mənimsə şüarım bundan sonra belə olacaq: Gənclərə kompliment, qocalara qayğı!
NÖVBƏTİ YAZIMIN İLK CÜMLƏSİ: Bakıdakı xəstəxanalardan birində lift taksi kimi işlədilir: gecə növbəsində ağır xəstəni 2-ci mərtəbəyə qaldırmaq 2 manata, 5-ci mərtəbəyə qaldırmaq 5 manatadı.


salamsarvan@mail.ru
гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),слава роботам 

Комментариев нет:

Отправить комментарий