02.07.2012

BALIQ DAVASINDAN BEZƏN DƏNİZ

Берег Моря ( Побережье ) Лодки - Море Emin Piri


Bezib
balıqçıların balıq üstündə,
balıqların yosun üstündə
savaşından
qağayıların ayağından tutub
göyə qalxmaq istədi
          dəniz.
Dalğalarını yoldan çıxartdı
xanımların
balıqlarından gözəl bədənləri.

buludlara üz tutdu
ürəyini soyutsun deyə.
Bezdi...
Sinəsini
cızıq-cızıq edən gəmilərin
neft qoxulu fit səsindən
qaçdı şəhərə sarı
dalğa-dalğa əllərini açaraq.
Bir kimsədən kömək gəlmədi ancaq.
...və
bir uçan quşlara baxıb
bir də özünə.
Körpə uşaq kimi
hönkür-hönkür
ağladı dəniz,-
dalğaları tutub üzünə...


emin1_86@mail.ru

Комментариев нет:

Отправить комментарий