16.07.2012

Bələdiyyə sədri kənd sakinlərinə qan uddurur


Redaksiyanın poçtundan


Cəlilabad respublikanın ən böyük strateji əhəmiyyətli rayonlarından biridir. Təəsüflər olsun ki, rayon sakinlərinin maddi vəziyyəti ürəkaçan deyil və sosial problemlər günü-gündən çoxalır.
Özüm də Cəlilabad rayonunun Muğan kəndində doğulub boya-başa çatmışam. Hal-hazırda Bakı şəhərində yaşamağıma baxmayaraq, kəndə tez-tez gedib öz yaxınlarımla söhbətdən hər şeydən agaham.  Kəndimiz də bələdiyyə sədrləri ilə, icra nümayəndəlikləri elə tez-tez dəyişir ki, “Basketbol” oyununda oyunçular heç belə tez-tez dəyişdirilmir. Bu isə ondan irəli gəlir ki, təyin olunan sədrlər tapşırıqları yerinə yetirə bilmir.

Təsəvvür edin ki, rayona ən yaxın kəndlərdən olan Muğan, Maşlıq və Söyüdlü kəndlərində 20 ildən çoxdur ki, mavi yanacaq yoxdu. Kənd sakinləri yalnız fasilələrlə verilən işıq enerjisi ilə kifayətlənir ki, bu da heç ürəkaçan deyil.
Hal-hazırda kəndimiz aşağıda adlarını sadaladığım şəxslərin əsarəti altında qalıb. Bir sözlə, bu şəxslər əməlli-başlı at oynadırlar. Onlardan hazırki bələdiyyə sədri Həsən Fətullayev və keçmiş bələdiyyə sədri Hakim Əhmədov kənd ağsaqqallarının xahiş və iradlarını belə veclərinə almırlar.
Yaxınlarımdan biri mobil telefonuma zəng vurub, onların başına açılan oyunları yuxarılara çatdırmağımı xahiş etdi. Hələ əvvəlki bələdiyyə sədri Hakim Əhmədovun kəndin heyvanlar üçün ayrılmış otlaq sahəsinin satıb alver eməsini indi təzə bələdiyyə sədri Eldəniz Əmənov yerinə yetirir. Kənd sakinlərinin narazıçılığına heç bir məhəl qoymayan bu şəxslər kənd torpaqlarını otlaq sahəni dağ rayonlarından kəndə gəlmiş sakinlərə satırlar.
Kəndin əsas təsərrüfatı kartofçuluq və heyvandarlıq olduğundan, kənd sakinləri təşviş içindədi ki, torpaqlar satılarsa heyvanlar da satılmalıdır. Hələ də kartof sahəsində öz kartofuna müştəri tapa bilməyən sakinlər çox çıxılmaz vəziyyətdədirlər.  Mövzunun davamı olacaq...

Vasif Əlihüseyn
BSU-nin Yaradıcılıq fakulitəsinin tələbəsi
vasif_c85@mail.ru            

Комментариев нет:

Отправить комментарий