09.07.2012

Cinayət verilişləri cəmiyyəti necə korlayır?

Televiziyaların əksəriyyətində həftəsonu axşamlar yayımlanan bir veriliş var, ümumilikdə cinayət hadisələrinə həsr edilir. Bu proqramlar təxminən 30-45 dəqiqə efirdə olur. Aparıcıların sidq-ürəklə təqdim etdiyi sujetlərdə isə törədilən cinayətlərin mahiyyəti anladılır. Bu tip verilişlərin cəmiyyətə təsiri ilə bağlı “Məsləhət Otağın”da psixoloq Elnur Bayramovla söhbətləşdik.


 - Cinayət verilişləri psoxologiyada nə kimi iz buraxa bilər?
-Cinayət verlişlərinin ətraflı, hadisəni təsvir edərək verilməsi insanlara, xususilə də əsəbləri zəif olan insanların psixikasina mənfi təsir edir. Depressiyada olanlar, daxili narahatçılığı olan şəxslər adətən bu kimi verilişlərə baxmağa üstünlük verirlər və bu da onların daha da pessimist vəziyyətə düşməsinə səbəb olur.

Bu verlişlərdə təhlükəli olan daha bir məqam var. Bu demək olar ki, bütün tamaşaçılara təsir edir. Avtomobil qəzalarının, qətl və yaralama hallarının baş verdiyi yeri, ünvanı, rayonu dedikdə tamaşaçı öz doğulduğu məkanın adını eşidir və daha çox narahat olmağa başlayır . Bu məqam da insanlara psixoloji zərbə vurur.


-Bəzən deyirlər yaşı 18-dən aşağı olanlar baxmasın. İsmarışı yaş məhdudiyyətinə görə ünvanlamaq daha çox tamaşaçı cəlb eləmək deməkdir?
-Əlbəttə. İnsana nəyi qadağan edirsənsə, nəyin ona aid olmadığını bildirirsənsə, artıq onda məhz həmin şeyə maraq yaranır. “yaşı 18-dən aşağı olanlar və əsəbi zəif olanlar baxmasın” cümləsinə görə həmin verilişlərə baxanlar da məhz 18 yaşından aşağı olan yeniyetmələr və ürəyi xəstə, əsəbi zəif insanlar olur.


-Bu cür verilişlər cəmiyyətin cinayətə sövq edilməsinə rəvac yarada bilərmi?
-Bu halı tam cinayətin təbliği kimi də qiymətləndirmək olmaz. Amma cinayət törədən şəxslərlə bağlı sujetin efirə getməsi və cinəyatkarın hadisəni necə törətməsi və tutulmaması üçün hansi vasitələrə əl atmasını açıq-aydın izah etməsi cinayətə meylli olan tamaşaçıda fikir formalaşdıra bilər. Belə ki, o, bu cür cinayətlər olduğu təqdirdə nə etməli olduğunu təyin edir. Belə insanlar fikirləşir:
•    Kiminləsə ədavəti varsa, onu necə məhv etmək olar;
•    İzi necə itirmək lazımdır;
•    Gizlənmək üçün ən ideal yer haradır və.s


Amma bu verilişlərin ifrata varılmadan nümayiş etdirilməsi cəmiyyətə bəzən yararlı da ola bilər. İnsanlar:
•    Cinayətin cəzasının ağır olduğunu;
•    Cinayətkarın cəzasız qalmadığını;
•    Ədalətin var olduğunu  bilmiş olurlar.


-Qeyd etdiniz ki, bu verilişlərə baxanlar daha çox əsəbi zəif olanlardır. Niyə?
-Bəli, doğrudur, o cür insanlar daha çox belə verilişlərə baxırlar. Səbəbi isə:
•    İradələri zəif olduğu üçün
•    Həmişə hadisədə mənfi tərəfləri gördükləri üçün
•    Optimist olmadıqları üçün


 -Konkret olaraq cinayət verilişləri cəmiyyətə necə təsir edir?
•    İnsanlarda, xüsusilə usaqlarda qorxu hissi, bəzi uşaqlarda isə mübahisə etdiyi şəxsə qarşı intiqam hissi yaradır. Bu isə cinayət törətmək və cinayətin qurbanı olmaq anlamına gəlir.
•    Bu verilişin yayımından sonra artıq yatmaq vaxtı olur. İnsanların yuxusuna təsir edir, bəzi insanlar həmin hadisəni yuxuda görür, qorxur, narahat olur, bəzən bu hal bir neçə gün çəkir.
•    Bu verilişlər beynində cinayət etmək barədə fikirlər dolaşan insanın işini daha  “tədbirli” görməsinə stimul verir.
•    Verilişin özündə müəlliflərin cinayətkara həqarət etməsi, cinayətkarın içində yenidən müəllifə və özündən razı hesab etdiyi insanlara qarşı intiqam hissi yarada bilər.
•    Yaxşı olardı ki, bu kimi verilişlər sadəcə xəbər proqramlarının içində kicik informasiya kimi itsin.


Hazırladı: Lalə Mehralı                          publika.az

Комментариев нет:

Отправить комментарий