04.07.2012

Diş pastaları təhlükəlidir

Elmar Həsənov


Televiziya ekranlarinda diş pastalrinin reklamini yəqin ki, görmüsünüz. Həkimlərin dişlərinizin sağlamliği üçün tərkibində fluorid olan diş pastalarindan istifadəni məsləhət görürlər. Nədir bu fluorid? Araşdirmalara görə, diş pastalarindaki fluorid,bir növ insan orqanizmi üçün sakitləşdiriçi və təsirli maddədir. Fluoridlə əlaqədar ilk təcrübələr Almaniyada nasistlər tərəfindən həyata keçrilib. Nasistlərə qulluq edən alimlər fluoridin insanin beyninin bəzi hissələrini keyitdiyini, müqavimət göstərmə qabiliyyətini məhv etdiyini təyin etmişlər. Bu təcrübə nasis düşərgələrində olan əsirlər üzərində sinaqdan çixarilmiş. Belə ki,onlarin içdikləri suya qatişdirilaraq onlara verilmişdi.
Bundan sonra əsirlər sakitləşdirlib müti bir hala salinmişdi. İkinci dünya müharibəsindən sonra Almanlarin farben şirkəti bu təcrübələri inkişaf etdirməyə başlamişdir.ABŞ-in kəşfiyyat mərkəzi olan CİA bu təcrübələrin nəticələrini Alman şirkətindən öyrənməyə çalişib məlumat toplamişdilar. Beləliklə Alman şirkətinin başina sia agenti olan bir şəxs təyin edilir. Bu şəxs doktor Estabrooksdu. Estabrooks bir müddət Amerika kəşfiyyat idarəsinin rəhbəri olan A.Dallasin yaninda köməkçi işləmiş. Sonralar colgate idarə heyətinin başçisi, sia-nin baş məsləhətçisi və New York Hamilton universitetində psixologiya üzrə dərs demişdi. Bir müddətdən sonra ABŞ hökümətinin hipnoz və davraniş psixologiyasi üzrə məsləhətçisi olmuşdu.Bu şəxs ABŞ-da əhalini içməli sularin sağlam olmasi üçün tərkibinə natrium fluorid qatilmasi üçün icazə verir. Daha sonra colgate fluoridli diş pastasini hazirlayir.İçməli suyun tərkibinə natrium fluoridin qatilmasinin bir səbəbidə hələ 19-cu əsrdə bu dərmanin siçan zəhəri olaraq istifadə edilməsidi. Bu suyu içən şəxsin beyinləri yuyulacaq, hökumətin onlari idarə etməsi və aldatmasini asanlaşdiracaqdi. Massachutes tibb mərkəzinin həkimi dr Busch, natrium fluoridin arsenik zəhərdən 15 qat daha qüvvətli olduğunu söyləmişdi.Avropada qadağan olunan bu dərman Abş-da ildə 143 min ton fluorid içməli su borularinda sağlamliq adi altinda istifadə olunur. İngiltərə isə fluoridli suyun qadağan olunmadiği yeganə Avropa ölkəsidi. Fluorid xususilə boksitdən əldə edilən alüminum istehsali olan sənayesinin bir tullantisidir. Yığılması olduqca çətindi .Dənizlərin dibinə yiğildiqda milyonlarla baliğin və dəniz canlisinin ölümünə səbəb olur.Almaniyanin farben şirkəti fluoriddən sinir qazinin alinmasi texnologiyasini 1939-cu ildə alcoa adli amerikan alüminum şirkətindən alir.Bu təcrübəni sonralar əsrlər üzərinə sinaqdan keçirdirlər. İstənilən nəticəni verir. İkinci dünya müharibəsindən sonra almaniyanin farben firmasi abş ilə əlaqələrini reallaşdirir. Cia nasistlərin kütləvi psixoloji nəzarət etmə və idarə etmə testlərini A.Dallasin köməkliyi ilə cia ya yönəldir. Diş pastalarinin üzərindəki xəbərdarliq məlumatlari olkədən olkəyə dəyişir. Abş-da satilan colgate diş pastalarinda bu şəkildə xəbardarliq edilir. Əgər uşağiniz diş pastasindan istifadə etsə,dərhal zəhərlənmə stansiyasina aparin və həkiminizə müraciət edin. Bu təhlükəni hiss edən İtaliya dövləti bazarlarda satişa cixarilan 20 min colgate diş pastasinini satişdan yiğişdirmişdi. Bəs bizim olkədə bu barədə həyacan təbili nə vaxt çalinacaq?


elmar_hesenov86@mail.ru

Комментариев нет:

Отправить комментарий