04.07.2012

Günün sensasiyası: Əhməd Şəfəq Anar Yusifoğlunun şeirinə mahnı bəstələdi

Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəqin “Fərqimiz olsun” adlı yeni albomu işıq üzü görüb. 


Sənətçi lent. az-a açıqlamasında bu diskin 10-cu albomu olduğunu bildirib: “Bundan əvvəlki albomum iki il əvvəl çıxmışdı. Lakin pərəstişkarlarım məndən tez-tez yeni albom istəyirdilər. Bu albomda 11 mahnı var. Mahnılardan 5-də Azərbaycandan izlər var. Bütün türk dünyasının sevə-sevə oxuduğu “Əziz dostum” mahnısını da alboma daxil etmişəm”.
Əhməd Şəfəq deyib ki, yeni albomda xalq şair və millət vəkili Sabir Rüstəmxanlının “Yaşını demə” adlı şeirinə bəstələdiyi mahnı da yer alıb: “ Ötən il Heydər Əliyev Sarayındakı konsertimdə sözləri Azərbaycan millət vəkili Qənirə Paşayevaya aid olan “Sənə əlvida dedim” mahnısını oxumuşdum. Həmin mahnı da albomda var”.
Əhməd Şəfəqin yeni albomundakı əsl sürpriz isə indiyə qədər televiziya aparıcısı və şərhçi kimi tanıdığımız məşhur jurnalist Anar Yusifoğlunun şeirinə yazılmış bəstədir.
Ə. Şəfəq A. Yusifoğlu ilə yaxın dost olduqlarını, onun şeir yazdığını öyrənəndən sonra “İnsafına qarmı yağdı” adlı şeirinə mahnı bəstələmək istədiyini bildirib: “Dostum Anar Yusufoğluya çox təşəkkür edirəm. O, öz peşəsində çox qiymətli insandır, sağ olsun ki, mənim xahişimi yerə salmayıb, şeirini mənə verdi. Gözəl bir bəstə alındı. Anar çox yaxın dostum, etibarlı insan, peşəkar jurnalistdir. Onunla bir çox məsələlərə, Azərbaycan və Türkiyə münasibətlərinin bu gününə və gələcəyinə dair baxışlarımız da üst-üstə düşür. Biz ikimiz də ölkələrimizin eyni yolda yürümələri, daha sıx bir-birinə sarılmaları yönündə fəaliyyət göstərən insanlardanıq. Bu mahnı ilə bağlı işbirliyini də bizim dostluğumuzun və ortaq fəaliyyətimizin obrazı hesab eləmək olar”.

Комментариев нет:

Отправить комментарий