13.07.2012

HAMI ŞAİRLİK EYLƏYİR

Dəmir Gədəbəyli


Qorxu-hürkü yox bala, hamı şairlik eyləyir,
Korlayır ağ kağızı, sonra zibillik eyıəyir.

Kimsə bir zurna çalıb guya şairdi xalqımız,
Yaranandan çarpışır taleyi kürdü xalqımız,
Dözür hər zırıltıya pələngdi, şirdi xalqımız
Kim deyir parçalanıb, dar gündə birlik eyləyir
Qorxu-hürkü yox bala, hamı şairlik eyləyir.


Bir para şairləri pullular yoldan azdırır,
Babasın bəy eyləyib, pul tökür kitab yazdırır,
Cip alır, villa verir, lap süd gölündə üzdürür,
Susubdu tənqidçilər tülkülər şirlik eyləyir,
 Qorxu-hürkü yox bala, hamı şairlik eyləyir.

Əlqərəz şeir sənət çevrilibdi bir bazara,
Söz yazır, mahnı qoşur, hamı yoluxub azara,
Cətin şair olmayan ya utana, ya qızara,
Çoxları sərbəst yazır sözü bayırlıq eyləyir,
Qorxu-hürkü yox bala, hamı şairlik eyləyir.


"Qorxu-hürkü yox bala, hamı şairlik eyləyir"
İndi şeir yazmağı işsiz qalanlar iş bilir,
Dəllal cızma-qarasın qızıl bilir, gümüş bilir
Anlamaz bu axını azadlıq, yüksəliş bilir,
Müqəddəs bir sənəti kimlər çayırlıq eyləyir,
Qorxu-hürkü yox bala, hamı şairlik eyləyir.


Bahalıq başlayalı rüşvəti düşüb az olub,
Buraxıb iş-gücünü nazir də şeirbaz olub,
Üzlər üzdən utanar, el bu sirri qanmaz olub?!
Tapdanır söz sənəti, hatəm də cürlük eyləyir.
Qorxu-hürkü yox bala, hamı şairlik eyləyir.

Комментариев нет:

Отправить комментарий