08.07.2012

NOSTRADAMUS, MENDELEYEV VƏ MƏN

Emin Piri


Mendeleyevə qarşı ürəyimdə həmişə bir paxıllıq hissi duymuşam.Xüsusən bu onun yuxusunda gördüyü elementlərin cədvəliylə bağlıdı.A kişi camaat yuxusunda gördükləriylə dünyanı fəth edir. Bunu necə həzm edə bilərəm?!Mən isə yuxuda xəyallarımda canlandırdığım qızların dalğalanan saçlarından və erotik saçma-sapan şeylərdən başqa bir şey görə bilmirəm.

Hər dəfə yatanda düşünürdüm ki yuxudan ayıldıqdan sonra bütün dünyada özümdən bəhs edəcək nəyisə kəşf edəcəyəm.Amma sən saydığını say,gör yuxuların nəyi sayır.
Buna görə Tanrıdan küsdüyüm zamanlarım da olub-bəndələri arasında etdiyi ayrı-seçimliyə görə (hər halda mən belə düşünürdüm).Beləcə küsüb barışırdıq.
Mən hələ Nostradamusdan danışmıram.Oturduğu yerdə min illərlə sonranı deməsi məndə eqoizm hissini zirvəyə çıxarırdı.Nostradamusdan nəyim əskikdi deyə mülahizələr yürüdür ondan da uzağı görəcəyəm deyə özümdə əminlik hissi yaradırdım.
90-cı illərdə ölkədə ortaya çıxan geydirmə falçılardan,öncəgörənlərdən bəhs etmək niyyətim yoxdu.Onların dələduzluq hesabına hansı varidata sahib olduğunu hamı bilir.
Indisə Zirəddin.paho bu lap ağ oldu ki...
Nə isə....
Ötən gecə bunları düşünə-düşünə bikef halda yatmışdım.Birdən yuxudan evrika qışqıraraq ayıldım.Yuxuda gələcəklə bağlı bir şeylər görmüşdüm(özü də Azərbaycan ədəbi camiəsiylə bağlı)təəsüfki,cəmi bir neçə ili.Həyatda gözləməkdə səbirsiz olmağım yuxuda da özünü göstərmişdi.Gördüklərimi bəyan etməliyəm hissi yuxudan yarımçıq oyanmama səbəb oldu.Nə etmək olar buna da şükür.Ümid edirəm gələn yuxularımda daha da uzağı görəcəyəm.
Yəqin ki inanmadınız.Özünüz bilərsiniz məndən demək idi.Hə bu arada xatırladımki artıq seanslar keçirməyə başlamışam.Xanımlara 70% endirimdi...
Gələcəklə bağlı gördüklərimin bir neçəsini sizinlə paylaşmaq istəyirəm:
2012- yazarlar arasında kiçik söz atmacalarından başqa hər hansı ciddi hadisə gözlənilmirki,bu da əsasən payız qış aylarında özünü göstərəcək
2013- Ayb və Anti-ayb-çilər arsında uçurum daha da dərinləşəcək.söyüşlərin qiyməti 5qəpiyə dəyməyəcək.
-Qan turalı hakimiyyətə daha da yaxınlaşaraq öz ətrafında korrektələr edəcək
-Cəlil Cavanşir mühafizəkarlığa doğru yön alacaq.
-yazarlardan biri gündəmdən düşdüyünü görüb şou yaratmaq naminə özü haqqında yalançı sui-qəsd xəbərləri yaydıracaq,cəmiyyət isə buna inanacaq.
2014- Keramət Böyükçöl facebook profilində şərhlərin azaldığını görüb porno hekayələr yazmağa başlayacaq.
-Qismətin torbasını sözün əsl mənasında tikəcəklər.
-Anar Amin hələ də birinci kitabını çıxarmağa hazırlaşır.
2015-iranda Azərbaycanlı gənc yazar dişi göyərçini sığalladığına görə həbs olunacaq
2017-yazarların Qarabağ naminə birliyi yaradılacaq.
2020-kult.az Nəsimi müsabiqəsində gənclərin yaşı 79-a çatdırılacaq
2037-Nobel mükafatının bizə verilməməsinə etiraz olaraq aksiyalar təşkil olunacaq(yazmasaq da guruldayırıq şüarı altında)
2043-Seymur Baycan  yazıçı Anar haqqında kitablar toplusunu çap etdirəcək
2052- Anar Amin hələ də birinci kitabını çıxarmağa hazırlaşır
2069-yazarların pivənin qiymətinin qalxmasına etiraz olaraq qiyamı baş verəcək....
 2083-AYB qurultayını keçirməyə hazırlaşır...

Комментариев нет:

Отправить комментарий