04.07.2012

Qorbaçovu casus elan etdilər

"Biz onun xaricdən maliyyə vəsaiti aldığını sübut edə bilərik"


“Rusiyada Qorbaçov fondu kimi tanınan “Beynəlxalq sosial-iqtisadi və siyasi araşdırmalar” Fondu qeyri-kommersiya təşkilatları haqqındakı qanun layihəsinə ziddir. Bu, xarici ölkələrin maraqlarına xidmət edən təşkilat ola bilər”.
Publika.Az-ın məlumatına görə, bu barədə “İzvestiya” qəzetinə Rusiya Dövlət Dumasının deputatı Robert Şleqel deyib.  
Onun sözlərinə görə, Qorbaçov xarici agent roluna yeganə iddialıdır: “Onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi məni təəccübləndirmir. Biz onun xaricdən maliyyə vəsaiti aldığını sübut edə bilərik”.
Qorbaçov fondunun ictimai-siyasi mərkəzinin rəhbəri Olqa Zdravomıslova deputatın fikirlərini absurd adlandırıb.

O, fondun qeyri-kommersiya təşkilatları haqqındakı qanun layihəsinə zidd olduğunu təsdiq etsə də, deyib ki, bu cür fəaliyyət formaları geniş yayılmış bir təcrübədir: “Mən bizim qeyri-kommersiya təşkilatları haqqındakı qanun layihəsini başa düşmürəm. Bəli, bizim fondumuz xarici təşkilatlarla fəaliyyət göstərir. Əgər biz maliyyəni xaricdən alırıqsa, bütün məlumatlar açıqdır və istənilən vaxt yoxlanıla bilər. Bizim nizamnamədə yazılıb ki, fond istənilən şəxslərdən və təşkilatlardan xeyriyyəçilik məqsədilə yardım ala bilər. Bunu dünyanın bütün fondlaşrı edir”.

Комментариев нет:

Отправить комментарий