18.07.2012

Rusiyada "Davay, do svidaniya" meyxana məktəbi açılır


Populyar meyxanaçı İntiqam Rüstəmov: "Biz onlara meyxana dərsi keçəcəyik"


Meyxanaçılar İntiqam və Ehtiram Rüstəmov qardaşlarını Rusiyada meyxana məktəbi açmağa dəvət ediblər. Bu barədə Publika.Az-a açıqlamasında İntiqam Rüstəmov deyib. İ.Rüstəmov bildirib ki, artıq Rusiyada meyxana deyən üç nəfər var: “Rusiya televiziya kanallarının birinə dəvət almışıq ki, veriliş zamanı üç meyxana deyən oğlanları yoxlayaq. Onlar normal meyxana deməyi bacarırlar. Oğlanları dinlədim, pis demirlər. Amma biz deyirik:


Tı kto takoy? Davay, do svidaniya
Davay, idi qulyay, do svidaniya!

Onlar isə belə deyirlər:..


Tı kto takoy? Davay, do svidaniya,
Çempion bıl, Avropa İspaniya!


Onlar meyxananın qaydasını bilmirlər. Biz onlara meyxana dərsi keçəcəyik”.
Meyxana ifaçısı qeyd edib ki, Rusiyada çəkilən serialların birinə də dəvət alıblar. Qardaşlar həmin serialda meyxana ilə çıxış edəcəklər.
İ.Rüstəmov söhbətdə onu da bildirib ki, iyulun əvvəlində Ukraynaya planlaşdırılan səfərlərinin bu ayın 29-30-dək təxirə salınıb.
“Ukraynanın birinci kanalında nümayiş olunacaq verilişlərdən birində çıxışımız planlaşdırılır. Onlar bizə bu ayın əvvəlində müraciət etmişdilər. Sonradan verilişin tarixi dəyişdirildi”.

Комментариев нет:

Отправить комментарий