16.07.2012

Manna dövründə Azərbaycan incəsənəti

Azərbaycan incəsənətinin tərkib hissəsi olan Manna dövrü memarlığı üçün həm qədim ənənənin davamı kimi məbəd və sarayların inşası, həm də qonşuların işğalçı siyasətinə qarşı yönəli qala tipli şəhərlərin və müdafiə istehkamlarının tikilməsi (e.ə. IX-VIII əsrlər) səciyyəvidir. Təəssüf ki, o vaxtın hökmdar saraylarının, məbədlərinin, ibadət və yaşayış binalarının necəliyi və bəzədilməsi barədə məlumat qalmayıb. E.ə. IX əsrdə bir dövlət kimi formalaşan Manna (paytaxt İzurtu) memarlarının bu günümüzə onların yaratdıqları daş möcüzələri gəlib çatmasa da, Həsənlu və Ziviyə qalalarının qalıqarı onlardakı sənətkarlığı dəyərləndirməyə imkan verir.
Memarlıqdan fərqli olaraq Mannada üzə çıxarılan sənətkarlığın nümunələri burada dekorativ-tətbiqi sənətin müxtəlif növlərinin inkişafının yüksək səviyyədə olduğunu göstərir. Məşhur “Ziviyə dəfinəsi”ndəki zərgərlik və metalişləmə nümunələri, eləcə də digər ərazilərdən tapılan müxtəlif silahlar, mis və saxsı qablar, Həsənlu və Merlikdən tapılmış əşyalar təkcə forma-biçiminə görə yox, həm də onları bəzəyən təsvirlərin sənətkarlıqla icrasına görə diqqət çəkirlər.


Dünya rəssamlığı və rəsm əsərləri


Ziviyədən tapılmış şirəli gil qab. E.ə. VIII-VII əsrlər. Nyu York. Metropoliten muzeyi.


Qızıl cam. E.Ə. XI-X əsrlər. Tehran Arxeoloji muzeyi.


Yuxarıdakı şəkildə: Həsənludan tapılmış qızıl cam. e.ə. IX-VIII əsrlər. Tehran Arxeoloji muzeyi.

Комментариев нет:

Отправить комментарий