03.07.2012

“Sizə görə NATO ola bilər, amma bizə görə Allahdır!”

haber"Sizə görə dünyanın ən böyüyü ABŞ və NATO ola bilər, amma bizə görə dünyanın və bütün aləmlərin vahid bir böyüyü var, o da Allahdır!"


İslamazeri.az İnternet Qəzetinin "Yeni Çağ"-a istinadən verdiyi xəbərə görə, Türkiyə və Suriya xarici işlər nazirlərinin söz dueli yaşanıb.
Ötən gün Misirdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya barədə belə deyib: "Suriya xarici işlər naziri cənab Makdissiyə dedim. Onu xəbərdar etdim ki, ABŞ çox güclüdür. NATO-ya qarşı dözə bilməzsiniz, bir müddətə yıxılarsınız. NATO bir dünya böyüyüdür. Hələ də iktidardan getmək üçün gec deyil. Gəlin NATO-nu eşidib dinləyin və hakimiyyətdən əl çəkin. Bu Suriya xalqının daha artıq əziyyət çəkməməsi üçün daha yaxşıdır. Başbaşa gəldiyiniz dövlətlər dünyanın ən güclüləridir."
Buna cavab olaraq isə Suriyanın xarıci işlər naziri Cihad Makdissi qısa, amma qəti qarşılıq verib: "Cənab Davudoğlu, sizə görə dünyanın ən böyüyü ABŞ və NATO ola bilər, amma bizə görə dünyanın və bütün aləmlərin vahid bir böyüyü var, o da Allahdır!"

Комментариев нет:

Отправить комментарий