03.07.2012

((Şənay))ıma ithaf

Xosrov Barışan


Bir yaprağın düşməsidir gözlərin;
Ah ormanında.
Sevgilim...Ah sevgilim;
Bu ayrılığın yanğınıdır.
Bəlkə bir uşaq;
Yetişkinlik arzısıyla
Marağından
Çaxmış qıvılcımını.
Bəlkə də bir yetişkin
Bir an
Uşaqsı bir həvəslə
Yorğunluqdan
Tutuşdurmuş əlovunu.
Səsin tilfunda titrəyib, kədərli tütərkən;
Doğulur yenə də o adam!

Həsrətlənirəm;
Bir siqar alışdırır o!
Ağlayıram.
Bilinməyir nədir?!
Bilənməyirəm!
Nəyəm?
Nədən
Bilməyirəm?!
Söndürməyir yağan yağış da,
Yanğını!
Heç bir xəbər verilişi
Yayınlamayır ki görəsən!
Hardasan ((Şənay))ım?
Ah... hardasan?
***
Ə...əh
Bu şeirlərdə;
Söndürmək kimidir
Susuzluğu
Şor su ilə!!!

Комментариев нет:

Отправить комментарий