14.10.2012

AMAN, TÜRKİYE, YAPMA!

Hafiz Mirzə                                                                                                      

Həyatımız  hər gün bir yeniliklə əlamətdar olur. Çox təəssüf ki, bunların ara­sın­da xoş təəssürat bağışlayanlar çox azdır. Heç eşitməzsən ki, flan ölkədə məh­sul­dar­lıq və ya həyat şəraiti xeyli yaxşılaşıb və ya insanların imanı kamil olub. Bir qisim  yenilik­lər təbii fəlakətlərlə bağlıdır. Sel, daşqın, qasırğa, tufan, zəlzələ, tor­­paq sü­rüş­məsi, meşə yanğını, vulkan püskürməsi,.. Sankı Allah-təala insanları bəd əməl­lə­rinə görə cəzalandırır. İnsanlar bunu anlayırmı? Musa peyğəmbər öz hümmətini islah etmək üçün on illərcə səhralarda gəzdirdi, hər cür bəla və fəla­kət­lərdən ke­çirtdi, onlar bir şey anladılarmı?
Allahın layiq bildiyi cəzalar az imiş kimi insanlar həm də bir-birlərini fəlakətlərə məruz qoymaqda, yaxşıları bəlalara uğratmaqda, rəzalətə yu­var­lanmaqda, möminlərə zülm etməkdə, dünyadan beş əllə yapış­maq­da­dır­lar. Biz bu kimi qeyri-təbii və ağlasığmaz bəlaları, ədalətsizlikləri son on­il­likdə o qədər gördük ki,  gözlərimiz alışdı. Ən böyük ədalətsizliklər ABŞ və İsrailə   aiddir. Yəhudilərin hega­mon­luq etdiyi beynəlxalq mason dünya ağalığı iddiasını sürməkdə ikən daha əda­lətli addımlar atmaq əvə­zi­nə, müsəlman Fələstin xalqına qarşı dis­qrimi­nat­si­ya və qətliam siyasətini açıq şəkildə və is­rar­la həyata keçirt­mək­də­dir. Adam onların müsəl­man­lara qarşı bu qədər aman­sızlığını görərək az qala, II Dünya Müharibəsi zamanı törətmiş olduğu qəd­dar­lıq­lara görə Adolf Hitlerin ölənlərinə, əstəfurullah, Allaha naxoş getməsin,  rəhmət oxumaq istəyir. Bu bir emosional düşüncə təzahürü olsa da, heç də yəhudi xalqına qarşı qə­rəz­dən  və fa­şist təfəkkürdən qaynaqlanmır. Bəşəriyyət yeni faşizmı bir vaxt onun fəsadlarına mə­ruz qalmış bir xalqın hakimiyyət mən­sub­la­rından və hava­dar­la­rından uzun müd­dətdir ki, Yaxın Şərqdə və İstrail dövlətinin  bir sıra əməl­lərində görməkdədir. İsrail müsəlmanlara, türk millətinə dost və ədalətli mü­nasibətdə olardısa “Evro­vi­zi­on-2010” musiqi yarışmasında ona “0”, Ermənistana isə “12” xal verməzdi. 2-ci yerə layiq görülmüş bir ifaçıya heç xal verməmək hansı ədalətin göstəricisi ola bilər? Bu yalnız düşmən ölkələr arasında mümkündür. Deməli, İsrail müsəlman  hümmətinə qarşı ( bəzi ölkələrə nisbi fərqlər nəzərə alınmaqla), düşmən mövqe­də­dir. Amma Türkiyə buna diqqət yönəltmədən onları öz ölkəsində bank sektorunun başına çəkməkdədir. Ədavətin və neofaşizmin  ən son nümunəsi  may ayının 31-də Ara­lıq dəni­zi­nin ney­tral sularında baş verdi. 6 yükdaşıma gəmisindən ibarət “Azadlıq karvanı” İs­railin blokadada saxladığı, aclıq və səfalətin böhran həddinə çatdığı müsəlman Fələstin mux­ta­riyyətinin Qəzza bölgəsinə sarı gedir, humanitar yar­dım aparırdı. Gə­milərdə əllidən çox ölkədən qeyri-hökumət təşkilatının  könül­lüsü, o cümlədən Tür­kiyədən olan 35 millət  vəkili və mətbuat işçiləri top­lan­mış­dı. İs­rail onları Qəzzaya bu­rax­mayacağında israr edir, hərbi katerləri və helikopterlər bu gəmilərin ətrafında hərlənirdi. Gəmilərdə olan 520 nəfərə yaxın könüllü isə bir in­sanlıq borcunu yerinə yetirmək əzmi ilə öz əməlindən məmnun idi. Bu bir sülh aksiyası idi və onun  qarşısını kəsməyə heç bir sivil dövlət hünər edə bilməzdi. Türkiyəyə məxsus bu gəmilərdə ərzaq, ilkin tibbi ləvazimatlar və ən zəruri məişət əşyaları yer almışdı. Könüllülərin ara­sında həkimlər də az deyildi. Dünyanın diqqət mərkəzinə düşmüş bu heyətdə nə yaxşı ki, iki azərbaycanlı da vardı. İsrail dövləti Qəzza bölgəsində terrorçuların olduğunu və onların İsrailə raket zərbələri vur­du­ğunu bəhanə gətirərək ərazini  blo­ka­dada saxlayır, aclıq, sıfalət və havadan mün­tə­zəm raket zərbələri ilə fələstin ərəb xalqını sarsıtmağa çalışırdı. Nəhayət bir sıra dün­ya dövlətləri, xüsusən də Türkiyə müsəlman qardaşlarına kömək məqsədilə aya­ğa qalxanda İsrail humanitar yar­dı­mın yalnız onun nəzarəti altında olan Aşdod limanına təhvil verilməsini, yardımın guya ki, burada yoxlanıldıqdan sonra Qəz­zaya göndəriləcəyini bildirdi. Bu isə Qəzzaya yardım deyil, onun əli ilə verilən dilənçi payı xarakterini daşı­ya­caq­dı, bu isə siyasi və mənəvi cəhətdən yolverilməz idi. Bunun özü də fələs­tin­lilərin sarsıdılmasına hesablanmışdı. Həm də, yar­dım İs­ra­ilə deyil, Qəzzaya aid idi. Qondarma “Dağlıq Qara­bağ” se­pa­ratçı reji­mi­­nə ölkə­mi­zin iradəsinin ziddinə olaraq  maliyyə yardımı gös­tə­rən ABŞ bu yar­dı­mı  Azər­bay­canın vasitəsilə ünvanlayırmı? Bəs onun nəzarəti altında olan İsrail dövləti nədən bunun əksini tələb edirdi? Əslində bu bir beynəlxalq etiket qaydası idi. Türkiyə gəmiləri Misirin ərazi sularına daxil olub, oradan da Qəzzanın sahil­lə­ri­nə yaxınlaşacaqdı. Lakin İsrail özünün bütün hikkəsilə dənizdə manevrlər edir, bu karvana hədə-qorxu gəlib, psixoloji təzyiqlər vasitəsilə dinc insanları qor­xut­ma­ğa və mane olmağa çalı­şır­dı. Gəmidəkilər belə tələblərə ram olacaq insanlar idi­sə, elə böyük məsafə qətt etməzdilər. Mayın 31-də, sübh namazı verilərkən… məhz sübh namazı vaxtı  İsrailin hərbi gəmiləri birdən Türkiyənin “Mavi Mər­mə­rə” gəmisinə si­lahlı basqın etdi. Gəmidəkilər bunun mahiyyətini dərk etdikdə əl-ələ tutub giriş qapısının ağzını kəsməyə çalışdılar. Lakin silahlı əskərlər bu dinc ak­siyanın mahiy­yətini dərk etmədilər və əmrə əsasən onları vurmağa, qovmağa çalışdılar. Qa­dın­ların qarşısında İsrail əskərindən kötək yeməyi özünə sığışdırmayan türk kişisi  kük­­­rədi və yalın əllə əskərlərin üstünə şığıdı. Silahsız insanlarla əlbəyaxa  döyüş za­­manı  İsrail əskərləri  məğlub oldular. Onların silahlarını alıb dənizə tökdü­lər. İsrail or­­­dusunun “qüdrətli əskərinin” mifi beləcə  sındırıldı. Bundan sonra İsrail ordusu  gə­mi­ni sudan, havadan atəşə tutdu, dinc insanların  üstünə desant yeridildi. Bu azğın ordu insanları atəşə tutub, çoxlarını öldürüldü, yaralandı, təhqir etdi, əsir götürdü. Zatən İsrail or­­dusu hər zaman yalnız bu cür döyüşlər  aparmışdı. Dinc Fələstin və Livan xal­qını,  silahsız yaşayış mən­tə­qə­­lərini  uzaqdan atəşə tutan bu ordu  özünə qarşı adi quşatanla daş yağdırıldığını görəndə zirehli maşınlarla, tank­larla  üz tutub qaçırdı. Gəmidə qarşıya çıxanları güllələdikdən  sonra onlar dinc humanitar yardimçıların qollarını bağlamış, soyundurub paltarlarını axtarmış, hətta ayaqqabıların daban­la­rı­nı da kəsib aradılar. Bu zaman İsrail zabiti bir həkimin qarnına beş güllə vur­maq­­la, jurnalistin başına atəş açmaqla “igidlik” göstərməyə çalışdı. Beləcə, hu­manitar yüklü gə­milər həbs edilərək İsrail sahillərinə aparıldı. Bu bir az­ğın­lıq, dövlət səviyyəsində dəniz quldurluğu və insani cinayət nümunəsi idi. Öz vətən­daş­larının öldürülməsindən, millət vəkilləri qarışıq yüzlərlə dinc insanın həbs edilməsindən xəbər tutan  Türkiyə  dövləti  kükrədi. Baş nazir İsrailin əley­hinə dişinin dibindən çıxanı dedi. Xarici İşlər Naziri bu ölkəni haqlı olaraq də­niz qulduru ad­landırdı. Bütün Türkiyə küçələrə axışdı. Gənclər dəstə-dəstə, yalın əllə sərhədə doğru irəlilədi. Bu çox həssas bir  məqam idi. İndi həya­sızlıq edən tə­rəf heç də Yunanıstan deyildi. İsrail elə ABŞ-in və əksər NATO dövlətlərinin üzdə olan forması deməkdir. İsrailə qarşı müharibəyə başlamaq əslində bütün xristian Qər­binə qarşı müharibə aparmaq de­mək olacaqdı. Nə yaxşı ki, həlledici məqamda  Tür­­kiyə səbr və dözüm göstərə bildi. Elə bu zaman çox təhlükəli bir oyunun kontrları görünməyə başladı: Türkiyənin İsrail ilə müharibəyə cəlb olunması. Ən qüd­rətli 3 müstəqil  müsəlman ölkəsindən birini müharibəyə cəlb etmək, onu və ona havadarlıq edəcək İslam dünyasını sarsıtmaq. Təbii ki, İslam dövlətlərinin heç də hamısı Türkiyənin yanında olmayacaq, İsrailə qarşı hamısı ayağa qalx­ma­ya­caq,.. Bi isə İslam dövlət­lə­rinin arasında daha qalın sədlər çəkəcək. İsrailin arxasında ABŞ-in və beynəlxalq masonun durması  uşağa da məlumdur. Deməli, Turkiyə İsrailin bu həyasızlığının silahlı cavabını vermək  istəsə ABŞ və NATO onu dəstəkləməyəcək, münaqişənin sülh yolu ilə həl­lini məsləhət görəcək, amma altdan-üstdən güclü zərbələr vuracaq. Onun bu kimi “sülh yolunu” Azərbaycan çox gözəl bilir. Hət­ta “zad boy­da” İsrailin Türkiyənin hərbi gücünü sarsıtması, mifini sındırması da müm­­kün­dür. Təbii ki, ABŞ-in və digərlərinin həyasızcasına  yardımı ilə. Kos­mos­dan Tür­kiyə hərbi obyektlərini lazerlə vurub, bunu İsrailin hərbi qüdrəti kimi sırı­ma­ğa nə var ki! Hələ üstəlik taktonik bombalar partladıb ölkənin zəlzələ ocaqlarını oyat­maları da mümkündür. Yaranacaq xaos nəticəsində dövlət aparatını iflic vəziy­yətinə salmaq, ölkədəki iqtisadi-siyasi durumu böhran həddinə gətirmək, vətəndaş itaətsizliyi yaratmaq,..Bu arada PKK  terrorçularına  bir əl yellədib, onun ak­tiv­ləşməsini tələb  etmələri də mümkündür. Yeri, düşmüşkən, eyni gündə kürd ter­ror­çuları  Türkiyənin İskəndərun limanını raket atəşinə tut­muş­lar. Bu heç də təsa­düfi deyil, “Tərpənmək istəsən səni beləcə öz içindən vura bilərəm!”  me­sa­jı­dır. “Erge­ne­kon”çuları sıradan çıxardan türk iqtidarı indi anal­ma­lı­dır ki, həbsxanalara atılan və mə­nəvi cəhətdən  sındırılan “Polad Əlamdarlar”ın  də­yişib “İskəndər Böyükə” çev­rilməsi ona fayda gətirməz, əksinə, belə həssas mə­qam­larda daha da təhlükəli ola bilər. Deməyək ki, Türkiyə iqtidarı özünün da­xildəki yarıtmaz siyasətini uğurlu xarici siyasətlə sığortalaya bilmişdir. İsrail dövləti bir qədər təpgi gördüyü üçün  sonra əsir götürdüyü insanları azad etməyə məcbur oldu. Amma 9, qeyri-rəsmi mənbələrə əsasən 16 nəfər öldürülmüş günah­sız insanı geri qaytarmaq olacaqmı? Bu bir ləkə kimi İsrail tarixində qalacaq. Döv­lətin şərəfsiz əmrini yetirən desant dəstəsinin komandirini İsrail Dövləti milli qəhrəman élan edirsə, bu artıq dövlət səviyyəsində şərəfsizlik nümunəsidir. Üstəlik isə İsrail iddia etməyə başlayıb ki,  guya gəmidə Fələstin ter­ror­cuları var imiş və onun əskərlərinə də hə­min terrorçular silahli muqavimət göstəriblər. Qeyri-ciddi arqumentdir. Bəs hanı o terrorçular? Niyə gəmidə onlardan birini də tapa bil­mə­dilər? Bizim MM-in yəhudu deputatı  Yevda Abramov bu olay barəsində fikir bil­dir­məkdən qalmadı və o da hə­min gəmidə terrorçuların olduğunu iddia elədi və hə­lə bizi bir çox şeyləri bil­mə­məkdə də qınadı. Milli deputata “Mo­la­des!” deməmək olmur. Belə iddialar lap ABŞ-in İraqda kimyəvi silah axtar­ma­sına və buna görə ona hücum edib bu ölkəni işğal etməsinə oxşayır. ABŞ da bəyan etdi­yi kimyəvi silahları ötən bu qədər illər ər­zin­də tapa bilmir. Amma İraqı işğal et­di və bu işğal hələ də sürməkdədir. Bunun özü də hü­cum əmrinin əslində eyni  mər­kəzdən gəlməsinə bir işarə deyilmi? ABŞ çoxdandır İran, Tür­kiyə və Pakis­ta­nın üzərində hərlənir, amma qona bilmir. Bu arada ABŞ-in  çox­dan yetişdirdiyi bir tür­kün əli ilə guya ki, İslam düş­mən­lərinə qarşı cihada qalxıb ABŞ-da və ya İn­gil­tərədə bir neçə  terror  aksiyası hə­yata keçirtməsi də müm­kün­dür. Məsələn, Parisin Yelisey  və ya Londonun Bu­hen­gem sarayının part­la­dılması və sair. Bunu bəhanə gətirən Qərb dövlətləri Tür­kiyədəki “həmin ter­rorçu” dəstəni zərərsizləşdirmək məqsədilə qar­daş ölkəyə hərbi müdaxilə et­məz­mi? Axı onun eyni ilə bir “Üsamə Bin Laden  for­malaşdırmaq və Əf­qanıstana bas­qın etmək ”  təcrübəsi var. Türk po­lisi İsrailin üs­tü­nə yollanan əliyalın gəncliyin qarşısını yaxşı ki bu hal kütləvi­ləş­mə­dən kəsə bil­di. Hər hansı bir provokasiya sonra bütün Qərb dünyasının əlinə fürsət verməzmi? Onda gəmilərə quldur basqını unutdurular,  BMT məsələyə sərt münasibət bildirər, hətta gəmi olayını Türkiyənin özünün törətdiyini élan edib, buna görə onun özünü cəzalandırarlar. Bəli!  Siyasətdə müsəl­man­larla xristianların bir böyük fərqi də bilir­siniz­mi nədədir?  Çox şeyə nail ola bilmək  üçün siyasətdə mü­­­­səlmanın qar­şısını “ayıb”, “günah”, “qəbahət”, “vicdan”, “kişi­lik” kimi an­la­yış­lar kəsə bilir, xris­tian si­ya­sətçinin isə qarşısını kəsən heç nə yox­dur, onun üçün “məq­­­­sədə çat­maq­dan ötrü bütün vasitələrdən istifadə etmək lazım­dır” anlayışı var, vəs­­­səlam. Belə rəqibə qarşı açıq və mərdanə mübarizə aparmaq çox çətindir. İsrailin başını xa­rab etməyə bir Fələstin də yetər. Bü­­tün bunlara görə də Türkiyə hadisələrə so­yuq­qanlı münasibət bəs­ləməli, fitnələrə uymamalı, amma eyni zamanda bu bə­hanədən yararlanaraq  Tür­kiyə həyatında İsrail iqtisadiyyatının və MOSSATın təsir gücünü heçə en­dir­mə­li, dostunu düşmənindən heç çəkinmədən ayırmağı bacarmalı, daxildə “əcinə ovunu” saxlayıb, Türk – Turan Birliyi yara­dılmasından ötrü  bü­tün vasitələrdən istifadə etməlidir. Türk dünyasının bundan daha mühüm xilas yo­lu ola bilməz.  İndiki məqamda bu hərbi cinayətə hərbi güc yolu ilə cavab ver­mək  əsla yaramaz! Cavab verməyə başqa vasitə yoxdur məgər?!

Комментариев нет:

Отправить комментарий