Son illər internet resursları və texnologiyalarının inkişafı kitab bazarına təsir göstərə bilib. Artıq oxucular kağız kitablara yox, elektron kitablara üstünlük verməyə başlayıblar.
Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kitabxana.net Milli Virtual Kitabxananın təsisçi və rəhbəri Aydın Xan Əbilovla bu mövzuda söhbətləşdik.
- İlk növbədə kitabxana.net elektron resursunun yaranma tarixi haqqında qısa məlumat verməyinizi istərdim.
- Hazırda dünya özünün innovativ mərhələsini yaşayır. Texnologiyaların özünün diqtə etdiyi məqamlar da var. Bu baxımdan bütün dünyada olduğu kimi, Azərbaycanda da elektron kitabxanalar dövrü başlayıb. Azərbaycanda bu mərhələ 90-cı illərin axırları 2000-ci illərin əvvəllərində vüsət aldı, Azərbaycan ədəbiyyat nümunələrinin, milli kitabların, çağdaş bədii söz örnəklərinin elektron variantları meydana gəldi.
İnsanların bu elektron və ya şəbəkə ədəbiyyatına maraq göstərməsi bir qədər ləng kütləvi xarakter alsa da, hər halda proses start götürdü. Daha sonra dünyada gedən ədəbi proseslər Azərbaycanda öz əksini tapdı. Məşhur “Qüttenberq” deyilən bir layihə var. Layihənin məğzi odur ki, indiyə qədər bəşəriyyətin yaratmış olduğu yazılı informasiya, mətnlər, bəzi elmi,bədii və dini kitabların elektron variantı hazırlansın. Bu hazırlanan variantlar rəqəmsal formaya salınaraq internetdə müxtəlif resurslarda, o cümlədən elektron kitabxanalarda yerləşdirilsin ki, bütün dünya onlardan yararlanmaq imkanı qazansın. Belə bir şəraitdə Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq bizim təşkilat əvvəlcə Azərbaycanda olan bir çox bloq sistemlərinin nəzdində elektron kitabxanalar yaratdı. Amma elektron kitabxanaları yaradıb istifadəyə verdiyimiz vaxt həmin bloq sistemləri, portalların özləri dağıldığına görə elektron kitabxanalar da qapanırdı. 2009-cu ildə biz Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycanda ilk dəfə elektron kitabxananın yaradılması ilə bağlı bir layihə təqdim etdik. Şuranın maliyyə yardımı ilə kitabxana.net elektron resursunu qurduq. Həmin kitabxana özü-özlüyündə böyük bir portal təşkil edir.
Burda yalnız kitabların elektron formaları yox, eyni zamanda müxtəlif intellektual, kreativ və ədəbiyyata aid yazıların yerləşdiyi xüsusi bölmə var. Bundan əlavə, kitabxana.net uşaq ədəbiyyatına həsr olunmuş ayrıca bölməsi, müxtəlif yaradıcı insanların mini saytları olan bloqlar sistemindən ibarətdi. Amma əsas sistem əlbəttə ki, elektron kitabxanadır. Biz eyni zamanda bir neçə dövlət qurumlarına və ictimai təşkilatlara da müraciət etdik. Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə biz bu kitabxananı zənginləşdirdik və get-gedə inkişaf etdiririk.
- Elektron kitabxananın istifadəçi sayı nə qədərdir?
- Bir çox sayğac maşınlarının göstərdiyi nəticələrə görə, indiyədək iki milyona yaxın istifadəçi bizim elektron kitabxanadan yararlanıb. Bu istifadəçilər yalnız Azərbaycandan deyil, dünyanın hər yerindən, hətta bizim indi münaqişədə olduğumuz Ermənistandan, Dağlıq Qarabağın özündən də elektron kitabxanaya çoxsaylı girişlər var. Bu onu göstərir ki, bizim tutduğumuz yol çox lazımlıdır.
- Virtual kitabxanada hansı kitablar daha çox yer alıb?
- Yazıçı və şairlərimizin elektron kitabları, dərsliklər, elmi və dini kitablar, ümumiyyətlə, gərəkli olan əksər əsərlər dünyanın aparıcı dillərində, amma sözsüz ki, ilk növbədə Azərbaycan dilində kitabxanada yerləşdirilib.
- Elektron kitabxanada yer almayan hansı kitabları əldə etmək istərdiniz?
- Əlbəttə, istər dünya, istər müasir Azərbaycan ədəbiyyatında elə kitablar, o cümlədən elmi-intellektual əsərlər, ali və orta məktəb dərslikləri var ki, onların elektron versiyası təəssüf ki, yaradılmayıb. O səbəbdən bizim kitabxanada da onları tapmaq mümkün deyil.
- Azərbaycanda neçə elektron kitabxana fəaliyyət göstərir?
- Azərbaycanda üç böyük elektron kitabxana var. Birincisi Prezident Administrasiyasının Prezident Elektron Kitabxanası, ikincisi M.F.Axundov adına elektron kitabxanadı və nəhayət, üçüncü elektron kitabxana bizimkidir. Azərbaycan kitabları əsasən bu üç mənbədə yerləşdirilir. Qeyd edim ki, bu üç kitabxana bir-biri ilə mütəmadi olaraq əlaqəli şəkildə işləyir. Prezidentin Fondundan bizim kitabxanalara maliyyə yardımı göstərilir. Digər dövlət qurumlarının və Yazıçılar Birliyinin də maliyyə və texniki, o cümlədən yaradıcı imkanlarından istifadə etdik.
Hazırda kitabxananın iki layihəsi var. Birincisi Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Azərbaycan yazıçılarının dünyanın aparıcı dillərinə tərcümə edilmiş elektron variantının bizim milli virtual kitabxanada yerləşdirilməsidir. İkincisi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc yazıçıların elektron kitabxanalarının yaradılması və bizim kitabxanada yerləşdirilməsi, onların həm kitabxana vasitəsilə, həm də virtual olaraq müxtəlif resurslarda,
xüsusən də sosial şəbəkələrdə qəbul edilməsi və bütün dünyaya çatdırılmasıdır.
- Müəlliflərlə işbirliyini necə qurursuz, müəllif hüquqları qorunurmu?
- Yazıçı və şairlər bizə müaciət edib bu işdə öz dəstəklərini göstərirlər. Eyni zamanda bizim işimiz onların təbliğinə müəyyən qədər təsir göstərir. Bilirsiz ki, Azərbaycanda kitabların nəşri bərbad vəziyyətdədir. 500-1000 tirajdan yuxarı kitab çap olunmur. Onlar əlli milyonluq azərbaycanlının 0.5 % -ə çatmır. Dünyada, Azərbaycanda və türk dillərindən istifadə edən kitabsevərlərə necə çatsın? Müəllif hüquqları ilə bağlı deyə bilərəm ki, kitabxana.net-in aşağı hissəsində qeyd var ki, bu, humanitar layihədir və müəlliflə əlaqəli hüquqlar qorunur.
- Bəzən istifadəçilər elektron kitabxananın sistemli deyil, dağınıq və səpələnmiş olduğundan şikayət edirlər.
- Kitabxanamızda müəyyən axtarış sistemlər var. Həm müəlliflər, həm də ölkələr üzrə axtarış etməklə istənilən kitabı tapmaq olar. Üstəlik, elektron kitabxana xeyli bölümlərdən ibarətdir. Kitablar klassika, dünya ədəbiyyatı, lüğətlər və ölkələr üzrə sistemləşdirilib. Düzdür, onların hamısını biz hələlik komplektləşdirə bilməmişik. Həm də dünya dillərində “n” sayda kitablar var, hamısını yerləşdirmək çətindir. Biz heç buna iddialı da deyilik. Amma hazırda dünyadakı proseslərə cavab verən, Azərbaycanın klassik və müasir ədəbiyyatının ən dəyərli nümunələrini artıq biz kitabxanamızda yerləşdirmişik.
- Sizcə, oxucunun kitaba laqeydliyinin səbəbi nədir?
- İndi kifayət qədər elektron kitabxananı özündə ehtiva edən internet texnologiyaları çıxıb. Onlardan rahatca kitabları oxumaq mümkündür. Azərbaycanda olan elektron kitablarla kağız kitabları müqayisə etsək, kağız kitabların nə qədər zərərli olduğunu görərsiz. Çünki çox oxucular bilmirlər ki, o kitabların hazırlanmasında istifadə olunan materialların hamısı kimyəvidir, əksəriyyəti də ziyanlıdır. Elektron kitabxananın bir üstünlüyü də var ki, istədiyin qədər kitab saxlamaq imkanın olur. Amma iki otaqlı evdə min kitabı saxlamaq qeyri-mümkündür. İndi texnologiya bunu tələb edir. Biz axırıncı dəfə nə zaman kağız məktub yazmışıq? Bütün günü “sms”lə və sosial şəbəkələrdə yazışırıq. Bir yandan da kağız kitabların qiyməti bahadır. Elektron kitabxanalar bizim üçün müasir dövrdə qaçılmaz bir fürsətdir.
Könül Səid gunteleqraf.az

Комментариев нет:
Отправить комментарий