11.10.2012

Hitler haqqında dəqiq və qərəzsiz film çəkilir

Rusiya mətbuatının verdiyi xəbərə görə, alman prodüserlər Niko Hoffman və Yan Moyto faşist Almaniyasının lideri Adolf Hitler barəsində səkkizseriyalı sənədli filmin çəkilişinə başladıqlarını bildiriblər.
III Reyxin rəhbəri haqda filmin ssenaisində daha çox ingilis tarixçi Tomas Veberin “Hitlerin ilk müharibəsi”, eləcə də tariçilər Ralf Georq Royt və yəhudi tarixçi Conatan Şteynberqin kitablarına müraciət olunacağı qeyd olunub. Yaradıcı qrup filmi dəqiq və qərəzsiz məlumatlara əsasən çəkəcəklərini bildirib. “The Hollywood Reporter” jurnalında dərc olunan xəbərdə filmin büdcəsinin 25 milyon dollar təşkil edəcəyi öz əksini tapıb.

“Fikirləşdik ki, Hitleri almanların gözü ilə təqdim etməyin vaxtı yetişib. Biz onun öz tərcümeyi-halını necə yazdığını və alman xalqının başını gicəlləndiən mifini nümayiş etdirəcəyik. Bu, XX əsrin ən böyük qəddarlığına birbaşa və obyektiv baxışdır. Biz həmin dövrdəki hadisələin necə və nə üçün baş verdiyini başa düşmək istəyirik. Habelə biz Hitlerin istedadlı yönlərini və zəif cəhətlərini, soyuq qəddarlığını nümayiş etdirəcəyik”, - deyə filmin prodüseri qeyd edib.
Məlumat üçün deyək ki, film 2014-cü ildə başa çatdırılacaq.

Комментариев нет:

Отправить комментарий