02.10.2012

Nigar İsmayılqızının şeirlər kitabı

Şeirlərdə Nigar Ismayılqızının iç dünyasının lacivərd duyğuları sezilir. Yazdıqlarının kitab şəklində daha geniş auditoriyaya çatdırmaq cəhdi ilk növbədə bu hissin ani bir şıltaqlıq olmadığını sübut etməkdir. Bu, ana, vətən, sevgi kimi kəlmələr haqda düşüncələrini məsum misralara düzən gənc xanımın ilk kitabıdır....
Nigar İsmayılqızı Quliyeva 1989-cu il aprel ayının 29-da Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Bakı şəhəri N. Nərimanov rayonu 82 saylı orta məktəbi, 2012-ci ildə isə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin filologiya fakültəsini bitirmişdir. Subaydır.

İlk dəfə olaraq 2002-ci ildə öz daxili aləmini, duyğularını, hislərini qələm ilə dilə gətirməyə başlamışdır. 2010-cu ildə “Respublika gəncləri” 2011-ci ildə isə “Dəniz” qəzetlərində bir neçə şeri dərc olunmuşdur.

Комментариев нет:

Отправить комментарий