10.10.2012

Qalib Şəfahət - Payızda ölərdi payız

Bu payızı da dərdik,
meyvələr kimi.
Bu payız da saraldı,
yarpaqlar kımı,
töküldü yerə.
Bu  payız da bozardı,
bom-boz  səhralar kimi.
Bu  payızin da üstünə
şaxtalar düşdü.
Bu payızın da oxşarlığı çoxdu
Insanlığa.
Heyif bircə gözləri yox,
gürmədi başına gələn
bu müsübətləri.
Yoxsa ,ürəyi partlayıb
ölərdi bu payız.
Payızda ölərdi payız.
Qış olmazdı heç zaman.

Комментариев нет:

Отправить комментарий