04.10.2012

Şahzadə (nağıl)

Əfsanə Laçın. Zərdüşt Şəfinin xatirəsinə…

Aylar keçdi, il dolandı yeni nağıl yarandı. Bağçasında “Lalələr” əkən Bağbanın nağlı.
Lalə dağlarda bitir, amma Bağbanın “Lalə bağçası” meşənin içində idi.
 Lalələr Bağbanın sinəsində bitmişdi. Onlar Bağbanın ürəyinin sevgisi, gözünün nuru ilə boy atırdı. Günlər ötdükcə lalələr bütün meşəyə toxunurdu. Sanki, Bağbanın lalələrdən hörülmüş böyük bir yorğanı var idi.

Meşədəki lalələrin ətrini dağlardaki lalələrdə duyurdu.
Bütün lalələrin bağrında “qara xal” yuva salmışdı. Xallar Bağbanın sevdiyi, darıxdığı əzizləri idi. Bağban, təhcə meşədə yox, hər ürəkdə bir lalə əkmişdi. Bağrı “qara xal”lı lalələr… Bu qara xallar isə Bağbanın ölməyən xatirəsi idi. Lalələr Bağban qoxuyurdu…
Meşədəki lalələr solur-saralır, yenidən doğulurdu. Ürəklərdə bəslənən lalərsə, çox kövrək, titrək olsalarda solmurdu…
Əslində, Bağban səmada, buludların arasında yaşayırdı. O, yerdəkilər üçün darıxanda bütün lalələr titrəyir, ətir saçırdı. Bu lalələrin ətri qəlblərdə yuva qurmuş lalələrədə çatırdı.Ürəyin sahibin burnuna Bağbanın qoxusu gəlirdi. Titrəyir-titrəyir-titrəyir, sonra gözlərindən yaş axırdı. Göz yaşları laləni suvarırdı. Darıxan gözlər səmaya boylanıb gülümsəyir, “Lalə şəhərciyi”nin Şahzadəsini salamlayırdı. Bu zaman bir meh əsirdi. Meh ehmalca lalələri oxşayırdı. Beləcə, Şahzadə sevdiklərini salamlayırdı.
 O, səbrlə əzizlərinin yolunu gözləyirdi. Çünki, bilirdi ki, gün gələcək onlarda səmanın sakinləri olacaqlar. İllərlə sinələrində bəslədikləri lalələri şahzadəyə hədiyyə aparacaqlar…
Beləcə, dünya durduqca, illər ötdükcə şahzadənin yaratdığı “Lalə şəhərciyi” böyük bir İmperiyaya çevriləcək. Yalnız yerdə, torpaqda yox, səmada, buludların üzərindədə lalələr bitəcək. Sevgi qoxuyan ƏBƏDİ LALƏLƏR…
Bu nağıl uydurma yox, bir ümid, bir təsəlli, bir sədaqət, ən önəmlisi isə həqiqətdir. Mənim…

Комментариев нет:

Отправить комментарий