Ramil Əhməd “TEZ-BAZAR”da
- Özünüzü 2 sözlə təqdim edin.
- Ramil Əhməd.
- Sizi necə təqdim edəndə razı
qalırsınız?
- Səmimi insan, yaxşı dost.
- “Mən kiməm?” sualına necə cavab
verirsiniz?
- Gənc yazar.
- Dost…
- Dostlarım
var, amma azdır.
- İlk sevginiz?
- İlk sevgini bu yaxınlarda
duymuşam.İstəyirəm bu ilk və son olsun.
- Əsas ixtisasınız?
- Filoloq.
- Metro və avtobus.
- Sevdiyiniz maşın markası?
- Yoxdur. İstənilən maşında(bu avtobus da ola
bilər)pəncərədən ətrafı seyr etməyi sevirəm.
- Sevdiyiniz brend?
- Ədəbiyyat.
- Sevdiyiniz saç düzümü?
- Fərqi yoxdur. Nadir hallarda güzgü qarşısına
keçib, saçımı darayıram. Həmişə harasa tələsirəm…
- Sevdiyiniz rəng?
- Göyqurşağının bütün rənglərini.
- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Türkiyə , İstanbul.
- Sevdiyiniz yemək?
- Yeməklərə qarşı kaprizim yoxdur.
- Ən çox istifadə etdiyiniz söz?
- Yaxşı.
-
Leksikologiyanıza yad olan söz?
- Vulqar
sözlər. Son iki ildə vulqar söz işlətdiyim yadıma gəlmir.
- Sizi nə həyacanlandıra bilər?
- Mənə aid olan hər şey.
- Ən çox sevdiyiniz kitab?
-
Çoxdur.
- Ən çox sevdiyiniz yazar?
- Sevdiyim yazar yoxdu, sevdiyim əsərlər
var.
- Ən çox bəyəndiyiniz ifaçı?
-
Ahmet Kaya,
Teymur Əmrah.
- Ən çox bəyəndiyiniz musiqi janrı?
-
Ovqatımdan asılı olaraq dəyişir. Daha çox sakit mahnıları dinləyirəm.
Kamança və piano səsləri mənə çox
doğmadı.
- Özünüzdə
qeyri- adi istedad hiss edirsizmi?
- Məndə
qeyri-adi heç nə yoxdu.
- Mənfi
xüsusiyyətiniz?
- Hamıya tez
inanıram.
- İdeal insan
necə olmalıdır?
- İdeal şeylər
yalnız filmlərdə və romanlarda olur. Amma hesab edirəm ki, anam və sevdiyim
xanım ideala çox yaxındılar...
- Özünüzü
ideal insan hesab edirsizmi?
- Yox.
- Sizi özünüzdən
nə çıxarda bilər?
- Ədalətsizlik, qeyri-səmimilik,
qadınların kişilərə, kişilərin qadınlara xas hərəkətlər etməsi.
- Həyat fəlsəfənizi ifadə edin?
- İnsanları sevmək lazımdır,
qarşılıqsız olsa belə….
- Siz xoşbəxtsinizmi?
- Daimi xoşbəxtlik yoxdur. Xoşbəxt anlar var.
- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Bəlkə də var, mən bilmirəm.
- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz
necə olur?
- Mən riskə getməyi bacarıram.
- Ölüm niyə ölmür?
- Bunu ölümün özündən soruşun.
- Dinlərə münasibətiniz?
- Normal.
- Kimdən və nədən
xilas olmaq istərdiniz?
- Qorxaq və
yaltaq adamlardan.
- Falçıya
inanırsızmı?
- Fırıldaqçı
adamlar məndə ikrah hissi doğurur.
- Daş olmaq
yaxşıdır, yoxsa daşlaşmaq?
- Heç biri
xarakterimə uyğun deyil.
- Sevinciniz nə
qədərdir?
- Xırda şeylərlə
başımı qatıram…
- İnsanların hansı xüsusiyyətlərinə dəyər
verirsiniz?
- Yaxşı olan bütün xüsusiyyətlərinə.
- Bağlayıcılardan çoxmu istifadə
edirsiniz?
- Aydınlaşdırma, güzəşt və şərt
bağlayıcılarından hə.
- Çayı içmək
ürəyinizcədir, yoxsa keçmək?
- Yazı yazarkən çay içməyi xoşlayıram,
yayda kəndə gedəndə dostlarımla çayda və ya kanalda üzməkdən yaxşı nə ola bilər?!
- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Ətrafımdakı insanların həmişə gülməsini
istəyirəm, mən gülməsəm də olar.
- Mənə sualınız.
- Sən heç bilirsən ki, çay necə axır?
Tural Balabəyli
Tural Balabəyli
Комментариев нет:
Отправить комментарий