

"Demokratik ictimaiyyət hakimiyyət mənsublarının bugünkü qəddarlığını ciddi şəkildə pisləməli və aksiya iştirakçılarını fəal müdafiə etməlidir"
İslamazeri.az İnternet Qəzeti, hüquq müdafiəçisi Ataxan Əbilovdan 5 oktyab 3-cü ""Hicaba azadlıq!" aksiyası barədə münasibət öyrənib.
Ataxan Əbilov deyib: "Bu gün Bakıda qan töküldü.
Bu barədə olan kadrlara ürəkağrısı ilə baxmamaq mümkün deyil.
Demokratik düşərgənin nümayəndələri tərəfindən bunu dini ekstremizim kimi qiymətləndirənlər də var.
Bir mənalı olaraq dini eksterizmin əleyhinəyəm.
Bu günkü hadisələri isə dini ekstremizim hesab etmirəm. Vətəndaşlar dinc şəkildə onların maraq dairəsində olan məsələyə (konkret halda məktəbli formasına) etiraz edirlər. Bu normal cəmyyətlər üçün adi haldır.
Hakimiyyət sahibləri bu dinc aksiyanı adəti üzrə qəddarcasına əzdi. Demokratik düşərgə isə hələ susur. Bu da rejim sahiblərinə aksiya iştirakçılarını islam fundamentalistləri kimi təqdim etməyə, hətta onların İrandan idarə edilməsini iddia etməyə və onun (mövcüd rejimin) alternativinin məhz islamçıların olmasını arqumetləşdirməyə şərait yaradır.
Əslində isə söhbət çox adi və dindarlar üçün mühüm hesab olunan bir tələbdən gedir. Məsələn, məktəbli qeyri-müsəlman dövləti olan Nederland Krallığında heç bir məhdudiyyətlə rastlaşmadan hicabdan istifadə edir. Daşıdığın formanı seçmək imkanı demokratik cəmiyyətin zəruri elementlərindən biridir. Bundan qorxuya düşmək lazım deyil. Bu vətəndaşlarımızın, onların vicdan azadlığı kimi konstitusiya hüququnun tərkib hissəsi kimi qiymətləndirilməli olan, haqlı tələbidir.
Demokratik ictimaiyyət hakimiyyət mənsublarının bugünkü qəddarlığını ciddi şəkildə pisləməli və aksiya iştirakçılarını fəal şəkildə müdafiə etməlidir.
Bundan qorxmaq lazım deyil dostlar. Zorakılığa elliklə yox deyilməlidir."

Комментариев нет:
Отправить комментарий