01.03.2014

Rövşən Məmmədli - Eşqində əsir olmuşam...

Eşqində əsir olmuşam, ey huri-cəmalım,
Eşq aldı dəxi qalmadı heç əqlü-kəmalım.

Canım-gözüm, ol qədr səni mən sevirəm ki,
Məşğul elədin şamü-səhər fikrü-xəyalım.

Məqsudumə ki, yetməmişəm yoxdu qərarım,
Ey gül, olasan kaş ki dəhr içrə həlalım.

Eşqin nola hər varımı almış bu cəhanda
Eşqində fəqət artırdı mənim izzü-cəlalım.

Hicrin məni yandırsada gər, səbr edirəm mən,
Şirinləşir hicranın ilə çünki vüsalım.


Gər dərdü-məlalım kəm edə, Rövşən, o zalim,
Aləmdə mənim artıq olur dərdü-məlalım.

Комментариев нет:

Отправить комментарий