01.03.2014

Sakit müharibə

Elxan Zaman

Elə bilirsən sən vuruşmursansa, demək sənə qarşı da vuruşmurlar?
  
Sən vuruşmasan da, sənə qarşı elan olunmamış, alçaq və xaincəsinə bir savaş gedir, özü də hər sahədə... ərzaqdan tutmuş geyimə qədər, mənzildən tutmuş miniyə qədər, toy məclisindən tutmuş yas məclisinə qədər, təbabətindən tutmuş sağlamlığına qədər, təhsilindən tutmuş düşüncənə qədər, filmlərdən tutmuş adi verilişlərə qədər, siyasi, iqtisadi, sosial durumdan tutmuş məişətə qədər, ədəbiyyatdan tutmuş fəlsəfəyə qədər, moizədən tutmuş xütbəyə qədər...
"Müharibə" meydanında, "döyüş" zonasında olduğunu unutma... Bu müharibədəki silahların səssizliyi səni aldatmasın, onların səsi sonra çıxacaq...

Комментариев нет:

Отправить комментарий