Son günlər Qarabağda müşahidə olunan müharibə abu-havası, siyasi ekspertlərin çıxışları, müxtəlif ölklərin, beynəlxalq təşkilatıarın bəyanatları onu deməyə əsas verir ki, məsələ cox ciddidir.
Hər bir ölkə özünə uyğun şəkildə bəyanat verir. Onların tabeliyində olan təşkilatlar və xəbər səhifələri, agalarının tövsiyyəsi ilə bəzən situasiyanı qızışdırmaga, böyütməyə, bəzən də gizlətmyə çalışırlar.
Görünən isə budur. Artıq neçə aylardan bəri davam edən Avrasiya və Gömrük İsttifaqına qoşulmaq üçün Azərbaycan və Rusiya rəsmilərinin səyləri öz bəhrəsini verir.
Torpaqlar qayıdır. Sözsüz ki bu torpaqlar şəhidi ilə qayıtmalı idi. Ermənistan hakimiyyəti içtimaiyyətin gözü qarşısında savaşsız və itikisiz torpaqları Azərbaycana qaytara bilməzdi. Deməli öncədən razılaşmalar olmuşdu. Guya Müdafiə nazirimiz də Bodrumda istirahət edirdi. Hazırlanmış plandan heç bir xəbəri yox idi.
Amerika və Qərb heç zaman torpaqların Azərbaycan qaytarılmasında maraqlı olmayıb. Çünki bərpa oluncaq yeni sərhəd xətti onların Yeni Qafqazlar planına ziddiyət təşkil edir.
Putin bu dəfə də öz sözünü tutdu. Deməli hər şey qaydasındadır. Tezliklə Avrasiya və Gömrük İsttifaqına daxil olacağıq. Bütün Rusiya sevərləri təbirik edirəm. Bu yol Azərbaycan xalqının işıqlı gələcəyidir. Bu yol haqqın yoludur. Bu yol insanlığın, doğruluğun, xeyirin yoludur. Avrasiyaçılıq - mənəviyyat yoludur.
Düzdür, qarşıda hələ çox maneələr var. Amerika və Qərbin çaldığı havaya oynayan müxalifət var. Vahhabi, nurçu və digər radikal tipli dini cərəyanlar var ki, hər zaman Qərbin diktəsi ilə hərəkət edib ölkədə xaos yarada bilərlər. Qərb artıq Azərbaycan hakimiyyətinin bu gedişini həzm edə bilmir. Vaxtaşırı olaraq Azərbaycan hakimiyyəti haqqında məntiqli və məntiqsiz bəyanatlar verir. Sözsüz ki qisas almağı belə düşünür.
Şəhidlərin hamısının qəlbimizdə öz yeri var. Ancaq bu son günlərdə şəhid olanların xüsusi bir yeri var. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Комментариев нет:
Отправить комментарий