Biznes strukturlarının ardınca media imperiyası da çökdürülən Kəmaləddin Heydərovun sonu yaxınlaşır
Əvvəlki materiallarımızda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindəki biznes strukturlarına endirilən zərbələrdən bəhs etmişdik. Xatırladırıq ki, "Gilan Holdinq"in tavanı altında cəmləşmiş onlarla irili-xırdalı şirkət və firmanın nəzarətindəki istehsal və biznes sahələri yavaş-yavaş başqa şirkətlərə dövr edilir. Heydərova yaxınlığı ilə bilinən mənbənin verdiyi xəbərdə bu prossesə "yuxarılardan" göstəriş verildiyi və Heydərovun getdikcə sıradan çıxarılacağının labüdləşdiyi bildirilir.
Mənbə xəbər verir ki, "Gilan" və törəmə şirkətlərinə endirilən zərbələr Heydərovun ətrafında cəmləşmiş inhisarçı biznesmenlər qrupu arasına bərk təşviş salıb. Məlumata görə, hətta Heydərovun yaxın adamlarından bəzilərininn "fövqəlnazirə" qarşı əllərində olan kompromatları onun düşmənlərinə ötürərək gələcəkdə öz bizneslərini qoruyub saxlamaq üçün onlarla gizli sövdələşməyə gediblər.
Yüksək posta təyin olduğu gündən bu yana ölkə gündəminin ən qalamaqallı fiqurlarından biri olan Kəmaləddin Heydərovun adı siyasi, iqtisadi, kriminal, bir çox gurultulu skandallarda hallanmışdır. Əlindəki inzibati rıçaqlardan və maliyyə resurslarından istifadə edərək Heydərov artıq özünü "qarşısıalınmaz" və "məğlubedilməz" hiss edərək əlindəki çox güclü media-imperiya vasitəsi ilə hakimyyət daxilində çatlar əmələ gətirməyə hesablanmış informasiya təxribatlarına start verdi. Tutduğu vəzifə və sahib olduğu zənginliklərlə kifayətlənməyən "fövqəlnazir" prezidentin ətrafında mərhum ulu öndər Heydər Əliyevin şəxsən özü tərəfindən formalaşmış komandanı hədəfə götürdü. Hakimiyyətdaxili çəkişməni udmaq üçün FNH başçısı nəzarətində olan media qruplara radikal və həmişə hakimiyyətə antoqonist mövqedə dayanan jurnalistləri və müxalif partiyaların bəzi funksionerlərini topladı. İllərdir müxalifət mətbuatında Ümumilli liderə böhtan və təhqir dolu ifadələrdən ibarət məqalələr yazan, onu xalqın və dünyanın gözündən salmaq üçün dəridən-qabıqdan çıxan bu jurnalist və köşə yazarları nazirilərin belə almadıqları yüksək maaşlarla Kəmaləddin Heydərovun media qruplarında işə götürüldülər. Hələ Ulu Öndərin əleyhinə yazdıqları təhqir dolu yazılarının müxalif mətbuatının səhifələrində mürəkkəbi qurumayan qaragüruhun muzdlu qələm adamları "fövqəlnazirin" ətrafına toplaşdılar.
Bu Kəmləddin Heydərovun birinci bağışlanılmaz səhvi idi. Ona özünü tam olaraq deşifrə etmək, iç üzünü göstərmək üçün verilən möhləti "məndən çəkinirlər" kimi dərk edən FHN başçısı özbaşınalığını daha da artırdı. Fərhad Əliyevin "neytrallaşdırılmasından" sonra "dişinin dibində şirə qalan" Heydərov ağına-bozuna baxmadan qarşısına çıxan, onun zənginə gec cavab verən və onun istədiklərini etməkdən boyun qaçıran məmurlara, iş adamalrına qarşı "təmizləmə əməliyyatına" başladı. İş adamlarını əsasən əvvəllər nəzarətində olan Vergilər orqanları və "Gömrük məngənəsi" vasitəsi ilə özünə ram edən Heydərov, məmurları sıradan çıxarmaq üçün isə ilk olaraq əsas zərbə qüvvəsi kimi keçmiş müxalifət qaragüruhundan ibarət "media killerlərindən" istifadə edirdi. Hədəfindəki məmuru irimiqyaslı informasiya bombardımanına tutaraq haqqında "korrupsioner", "xəyanətkar" və.s kimi fikir formalaşdırmağa başlayırdı. Ssenarinin köhnəliyi (Fərhad Əliyevin sıradan çıxarılması üçün planlaşdırılmış informasiya müharibəsi) və Heydərovun media qruplarına rəhbərlik edənlərin dayaz ağlı isə getdikcə onun bu cəhdlərinin arxasında əslində hansı məqsədin dayandığını çox tez üzə çıxardı. Apardığı çirkin "informasiya müharibəsinin" sonda bumeranq effekti verərək öz başına dəydiyi "fövqəlnazir" özünü ambisiyalarına, bir də ancaq muzdlu çalışan yaxın ətrafınının savadsızlığına və səriştəsizliyinə qurban vermiş oldu.
Materialımızın yazıldığı dəqiqələrdə mətbuata sızan digər bir məlumat isə bizim əldə etdiyimiz informasiyanı lap vaxtında təsdiqləmiş oldu. Məlumatda artıq bir internet televiziyasına malik olan Kəmaləddin Heydərovun birbaşa yayımlanacaq televiziya kanalı açmaq istəyinə yuxarıların qəti şəkildə rədd cavabı verdiyi bildirilir. Hazırda Kəmaləddin Heydərovun ətrafında daralan odlu çəmbərin şokunda olduğu deyilir. Mənbə həmçinin bildirir ki, hiddətlənmiş "fövqəlnazir" bu yaxınlarda media orqanalrının rəhbərliyində ciddi kadr dəyişikliyi etməyi planalşdırır.
Redaksiya: növbəti materiallarımızda Heydərov mediasındakı müxalif qaragüruhun Ulu öndər və onun ailəsinin əleyhinə yazdığı yazıların surətini dərc edəcəyik.
olke.az

Комментариев нет:
Отправить комментарий