Şirin Xanım Kərimbəyli Şadiman
Əyilir önündə an, vaxt dayanır ey Şəhidim,
Tökülən al qanuva ürək yanır, ey Şəhidim.
Pak növrəstə bədənlər döşənib qəbir evinə,
Gözdən axan yaşlarım çevrilib bir can divinə,
Çalışıb ağlamıram ki, yağı, düşmən sevinə,
Ananın fəryadını yer-göy anır, ey Şəhidim,

Tabutun üstə gedən bayrağımın qan izi var,
Bu qara günlərin əlbəttə ki, bir gündüzü var,
Sinələrdə alışan eşqinə istək közü var,
Bizim yurd haqqımızı dünya danır, ey Şəhidim,

Matəmin özü qara, üzü qara, əhdi qara,
Bizi savaşa çəkən vurur sinələrə yara,
Vətəndən baş götürüb hara qaçaq, fələk, hara?
İçdə yatmış qisasım, dur, oyanır, ey Şəhidim,

İstəkli qız qalacaq gözləri yolda beləcə,
Ana, bacı harayı sancılıb məzara necə?
Hönkürür əhvalına al sabah, məlalı gecə,
Söykənib başdaşına ruhu sanır, ey Şəhidim,

Düşmənin hər üzünü gördü Vətən torpağımız,
Qanlı köynəklərini sərdi Vətən torpağımız,
Qərənfili yasına dərdi Vətən torpağımız,
Bizə gələn bəlanı yad nə qanır, ey Şəhidim?!

Bu əllər söylə səni qəbir evinə necə qoya?
Daha millət usanıb illər ilə qanlı vaya,
Dəxi düşmənlərimiz öz qanını içə, doya,
Könlüm borana düşüb, içim donur, ey Şəhidim,

Düşmənlər çox sınağa çəkdi Azərbaycanı,
Gənciylə məzarlara əkdi Azərbaycanı,
İşğalın boğçasına bükdü Azərbaycanı,
Ruhun cənnət quşutək bağa qonur, ey Şəhidim,

Şadiman, Bakıya bax, Təbrizi çağır haraya,
Qalxsın yatmışlarımız yol arasınlar çaraya,
Ox unutqanlığımız Kərkükə dəyən yaraya!
Dərdini tariximiz özü tanır, ey Şəhidim,

Комментариев нет:
Отправить комментарий