Rusiyada yaşayan diaspor liderlərimizdən biri, prezident Vladimir Putinin ən yaxın silahdaşlarından hesab olunan Söyün Sadıqov moderator.az-a cəbhədəki son atışmalarla bağlı şok hesab olunan açıqlama verib və prosesləri analiz edərək bu gərginliyin kimlərə sərf edə biləcəyini göstərib:
“Ermənilərin cəbhədəki son təxribatlarının arxasında Moskvanın dayanması iddiaları doğru deyil. Xahiş edirəm, oxucularınız baş verənləri diqqətlə analiz etsinlər görək bu gərginlik daha çox kimlərə sərf edə bilər?
Bu gün Moskvanın ABŞ və AB ilə yaranan çoxsaylı həll olunmamış problemləri olduğu halda Vladimir Putin ölkənin sərhədlərində, Cənubi Qafqazdakı strateji müttəfiqləri ilə əlavə problem yaranmasını istəyərmi? Moskva axmaq deyil ki, özünü sonadək məhv edəcək addıma gedə. Siz yəqin hiss elədiniz ki, atəşkəs ciddi şəkildə pozulduqdan dərhal sonra Vladimir Putin və XİN rəhbəri Lavrov dərhal müdaxilə edərək bu atışmaların genişlənərək Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibəyə çevrilməməsi üçün əllərindən gələni etdilər.
Axı gəlin düzgün analiz edək? Kimə lazımdır belə bir vaxtda bu cür gərginlik? Təbii ki, ermənilərin gizli himayədarı Fransaya, daha doğrusu, ABŞ və Avropa Birliyinə. Məqsəd də birdir. Serj Sərkisyan bununla daxili auditoriyanı idarə edir və ölkə daxilindəki müxalifəti zərərsizləşdirmək istəyir. Çünki heç kimə sirr deyil ki, son yarım ildə onun vəziyyəti çox gərgindir və nüfuzu o qədər aşağı düşüb ki, istənilən an prezidentlik kürsüsünü də itirə bilər. Yəni ona elə gəlir ki, Azərbaycanla müharibəyə başlayacağı halda ermənilər ölkə daxilindəki iqtisadi problemi unutdura biləcək.
İkincisi də bu cür gərginlik ABŞ və Avropa Birliyinə sərf edir.Çünki onlar çalışırlar ki, bu yolla Rusiya və Türkiyəni də müharibəyə cəlb etsinlər. Təsəvvür edin ki, NATO üzvü olan Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmadı, əksinə ticarət dövriyyəsini, idxal etdiyi qazın həcmini də artırdı.
Rusiyanınsa müharibəyə cəlb edilməsiylə o Cənubi Qafqazdakı təsir dairəsini və nüfuzunu itirərdi, iqtisadi cəhətdən çökərdi, bu isə ABŞ və Avropa Birliyinə yaxşı şans verərdi ki, daxili auditoriyanı Putin hakimiyyətinə qarşı qaldıraraq onu dəyişdirə bilsin. Rusiya da Qərbin bu hiyləsini dəqiq bildiyindən heç vaxt Ermənistanla Azərbaycan arasında müharibə istəməz.
Müharibə başlayacağı təqdirdə isə nəinki mən və Rusiyada yaşayan diaspor liderlərimiz, Azərbaycan əsilli bütün millətlərin nümayəndələri- talışlar, ləzgilər, kürdlər, ruslar, avarlar, gürcülər, yəhidilər, tatlar, udinlər, bir sözlə, heç kim kənarda qalmayacaq və onların hamısı öz tarixi Vətənlərinə kömək edərək Azərbaycanın bu müharibədən qalib çıxması üçün vuruşacaqlar”.

Комментариев нет:
Отправить комментарий