Rahim Şalıyev
Hörmətli oxucu, yaşımın az, bədii ifadə qabiliyyətimin qıt olduğuna fikir vermə, əmin ol ki, bu yazı sənin fikirlərini dəyişmək gücündədir.
Ən önəmli yazıçılarımızın köşə yazmaqla gündəmdə qala bildiyi sirr deyil. Yazılarında ölkədə olan bütün problemlərə toxunmağı, sıra ilə sadalamağı əla bacarırlar. Oxucular da bu yazıları bəyənir, “Çox düz buyurub” deyə rəylər bildirirlər. Amma heç bir yazıçı yazmır ki, problemin kökü nədədir, kimdədir və ya problemi necə həll etmək olar.
Düzünə qalsa, heç oxucular da belə tələblər etmir. Bununla da insanın dəyərlərinə yuxarıdan aşağı baxan yazıçılar qol-qanad açır, insanların düşüncə və dəyərlərini təhqir etməyi yazıçı məharəti sayırlar.
Dərindən araşdırsaq, bu tip yazılarda sovet dövründən qalma əlamətləri görə bilərik. Düzdür, bu yazıları tam olaraq yalnız kolxoz, ideal vətəndaş, şəxsiyyətpərəst mövzuları qabardan sovet ədəbiyyatı ilə tam eyniləşdirmək ədalətsizlik olar,
amma passiv realizmin eyni, həmişə təkrarlanan, sadə insanların belə görə biləcəyi geyim bahalılığı, təhsil zəifliyi kimi problemləri qabardıb, daha sonra sosial mediada sanki heç zaman fərqində olmadığımız qeyri-adi mövzu, hadisə kimi önə çıxarıb səs-küy salmaq fikir inkişafına təsir göstərməyən üsuldur.
Əksinə olaraq, fikirləri daha da cırlaşdırdığını vurğulamaq düzgün olar. Bu yazarlar elə sanmasın ki, problemləri yalnız onlar bilir. Əslində, bu problemlər hər bir sadə insanın fərqində olduğu problemlərdir. Görünən problemləri təkrar-təkrar yazmaqla yox, onların həlli yollarını, necə yaranmasını izah etməklə fikir inkişafına nail olmaq olar. Maarifləndirmə bu halda daha effektlidir.
Tarixə baxsaq, aydın görərik ki, yazarların bu yazı üslubunun, yəni oxu atıb-yayı gizlətmək, görünən problemləri sadalayıb, pərdəarxası həlli yollarının üzərindən keçmək nələrə dayanır.
Sizə adlar sadalayacağam. Bu adlara diqqətlə nəzər yetirin: Fərhad Ağazadə, Xəlil İbrahim, Şəfi bəy Rüstəmbəyli, Məmmədtağı Sidqi, Zülfiqar Əhmədzadə, (1958-ci il təvəllüdlü eyni ad və soyadı daşıyan jurnalist ilə səhv salınmasın) Kamal Səid, Cəlil Səid, Əli Yusifi…
Əminəm ki, əksəriyyətiniz bu adları ilk dəfədir görürsünüz, ya da çox az məlumatlısınız. Əslində isə, bu insanlar XIX əsrin sonu, XX əvvəllərində yaşamış, Azərbaycan mətbuatına və ədəbiyyatına önəmli töhfələr vermiş yazıçı və jurnalistlərdir. Amma biz onları unutmuşuq. Daha doğrusu, onları bizə unutdurublar. Bu insanlar haqda məlumatlar, onların əsərləri arxivlərdə çürüyür, araşdırılmır.
Məsələnin kökündən çox yayınmamaq üçün yenidən Sovet ədəbiyyatı mövzusuna qayıtmağı gərək bilirəm. Yaxşı məlumdur ki, sovet ideologiya maşını din amilini sarsıtmaq üçün ədəbiyyatdan da istifadə edib. Çar Rusiyası dövründə də İranın Şimali Azərbaycanda təsirini azaltmaq üçün Cəmaləddin Əfqani adlı yazıçının əsərlərindən təbliğat üçün istifadə olunub.
Cəmaləddin Əfqani din və ateizmin ortaq cəhətlərini taparaq hər iki tərəfin radikallığının qarşısını ala biləcəyini düşünür və əsərlərində də bu amili təbliğ edirdi. Lakin kommunistlər üçün bu cür yanaşma ideal olmadığından Cəmaləddin insanlara unutduruldu. Ardınca digər yazıçı və jurnalistlərə də təzyiqlərin olması, onların bəzilərinin ölkədən qaçmasına, unudularaq yaratdıqları əsərlərinin sonralar tanınmamasına səbəb oldu. Bu insanlar tarixdən silindilər sanki.
Təsadüfi deyil ki, “Əli və Nino” romanı ilk dəfə Avropada nəşr olundu və indiyə qədər də kim tərəfindən yazıldığı dəqiq məlum deyil. Çünki müstəqillik dövründən sonra da arxivlər araşdırılmayıb, bəlkə də, qəsdən heç bir şey yoxmuş kimi göstərilib.
Sovet hökumətinə yalnız Mirzə Cəlil və Axundovun yazdığı əsərlər lazım ola bilərdi və buna görə də onlar sovet dövründə geniş təbliğat qazana bildilər. Mirzə Cəlil millətçi mövqeyinə görə sıxışdırılsa da, insanlara təsir etmək imkanlarına tam olaraq mane olunmurdu. Bu amilin necə çarpıcı olduğunu görmək üçün tarixə gözucu baxmaq kifayətdir.
Mən qətiyyən Mirzə Cəlil və Axundov kimi yazarların ədəbi işlərinə kölgə salmaq fikrində deyiləm. Lakin bugünkü yazarlar anlamalıdır ki, ədəbiyyat yeniliklər tələb edir. Ədəbiyyat daşlaşanda xurafata çevrilir. Bu iki yazarın əsərlərinin illərlə insanlara daşlaşmış ədəbi ideologiya kimi təbliğ edilməsi bu gün irəli getməyi, Mirzə Cəlil, Axundov üslubundan kənara çıxmağı bacarmayan, köhnə dəyərlərə yenilik gətirə bilməyən, yalnız adda yeni olan ədəbi nəsil formalaşdırır.
Yeni ədəbi nəsil Mirzə Cəlil və Axundovun personajlarındakı fanatik dindarların sinonimləridir. Elə ədəbiyyatçılar, yazarlar, bəzən də oxucular görə bilərik ki, onlar üçün bu iki şəxs bütləşib. Bu ədiblərə nə isə irad tutanda onlar özündən çıxır, əsəbiləşir, hətta ucuz təhqirə keçməkdən belə utanıb-çəkinmirlər.
Beləcə, sevdiyiniz iki şəxsin əsərlərində təsvir etdiyi xurafatın ədəbiyyata yansıdığının fərqində deyilsinizmi? Bu xurafatın Allahı Axundov, peyğəmbəri Mirzə Cəlildir. Beyinlərə yeridilən sərhədlərdən kənara çıxa biməyən ədəbiyyatçılar, yazarlar və oxucular isə “Ölülər”i.
1937.az

Комментариев нет:
Отправить комментарий