09.08.2014

Türkiyə türkmanları şiə olduğu üçün sərhəddən buraxmır

"İŞİD" terrorçuların İraq türkmanlarına qan uddurduğu ərəfədə Türkiyə hökumətinin atdığı addım məyusluq yaradıb. AzadXeber.net türkman mənbələrinə istinadən məlumat verir ki, terrorçuların zülmündən qaçaraq Türkiyəyə sığınmaq istəyən Azərbaycan əsilli türkmanlar sərhəddən geri qaytarılır. Belə ki, "İŞİD" Sincar bölgəsini ələ keçirdikdən sonra türkmanlar Türkiyəyə doğru qaçıblar. Türkiyə tərəfi isə pasportları olmadığı üçün onları sərhəddən buraxmayıb. Türkiyənin bu hərəkəti türkmanların “1,5 milyon suriyalını niyə buraxdınız?” deyə etiraz etməsinə səbəb olub.
Hakimiyyətdə olan AKP partiyasının bu ayrımçı siyasəti Türkiyə ictimaiyyətində narazılıq yaradıb. Tanınmış jurnalist Fatih Portakal “suriyalılara, əfqanlara qapımızı açdıq, özümüzdən olan soydaşlarımız türkmanlara niyə qapımızı açmırıq? Şiə olduğu üçünmü Türkiyə sərhədindən geri qaytarılırlar?" - deyə, hökumətdən cavab istəyib.

Bir neçə gün öncə MHP partiyasının İğdır şəhərindən olan millər vəkili Sinan Oğan da AKP hökumətinin türkmənlərə qarşı siyasətini tənqid etmiş və çıxışdan sonra AKP partiyasından olan millət vəkilləri tərəfindən hücuma məruz qalmışdı. /azadxeber.net/

Комментариев нет:

Отправить комментарий