Elnur Rəsuloğlu (Əliyev)
“Elçin Hüseynbəyli alnına yazılanlara görə, kağızda yazdıqlarna görə yazıçıdır”. (Anar)
Ədəbi təxəllüsü “Qaraçuxa” olan Elçin Hüseynbəyli ilə şəxsi tanışlığımın maraqlı və qısa tarixçəsi var. Azərbaycan dili və ədəbiyyat fənləri üzrə Salyan rayonu Salman Cəfərov adına Yenikənd tam orta məktəbin nəzdində fəaliyyət göstərən 3 saylı Dayaq məntəqəsinin rəhbəri kimi 2012-ci ilin may ayının axırlarında Azərbaycan Müəllimlər İnstitutuna altıgünlük ezam olunmuşdum. AMİ-də Dayaq məntəqələrinin rəhbərləri üçün təşkil edilmiş “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə üçmərhələli təlim kursunun üçüncü mərhələsini keçərək bu kursu bitirib “Öyrədən” statusu alacaq və mənə sonda bu statusumu təsdiq edən Sertifikat veriləcəkdi. Təlim kursunun üçüncü mərhələsinin ikinci günü – may ayının 22-də dərs və məşğələlər bitdikdən sonra Azərbaycan Yazıçılar Birliyinə getmək qərarına gəldim. Məqsədim “Ulduz” jurnalının poeziya şöbəsinin müdiri, “şeirimizdə öz imzasını çoxdan tanıtmağa nail olmuş Fərqanə ilə görüşmək və şairin düz bir həftə əvvəl “Bayatı” kitab mağazasının təşkilatçılığı ilə AYB-nin Natəvan klubunda imza günü keçirilmiş sayca dördüncü - “İkimiz darıxsaq…” şeirlər kitabının nəşr olunması münasibətilə təbrik etmək idi.
Yaradıcılığına “Fərqanə poeziyasında Allaha, Tanrıya, İlahiyə müraciət” məqaləsini həsr etdiyim həmyerlimi görmək ümidi ilə Azərbaycan Yazıçılar Birliyinə daxil olub pilləkənlərlə “Ulduz” jurnalının redaksiyasının yerləşdiyi dördüncü mərtəbəyə qalxdım. Redaksiyada məni Elçin Hüseynbəyli və şair Qəşəm Nəcəfzadənin oğlu Kəramət Böyükçöllə birlikdə qarşıladı. Fərqanə xanımın redaksiyada olmadığını bildirən Elçin bəy söhbət əsnasında kimliyimi, haradan gəldiyimi və hansı peşənin sahibi olduğumu soruşdu. Azərbaycan dili və ədəbiyyat müəllimi işlədiyimi bilən kimi sevinib mənə özünün şəxsən imzaladığı “Yolayrıcında qaçış” kitabını hədiyyə etdi.
Məlumat üçün haşiyəyə çıxıb onu da bildirim ki, yazıçının bu kitabında “kəskin süjeti, dinamik təhkiyəsi ilə fərqlənən, “çaşmış insanlar haqqında çaşqın bir roman” kimi dəyərləndirilən, qloballaşan dünyanın adamlar üçün yaratdığı problemlər və onun fəsadları qabardılan, əkiz bacılar - Fatimə və Züleyxanın timsalında şərq-qərb ziddiyyəti, şərq-qərb əxlaqının qarşıdurması öz əksini tapan romanı yer almışdır. Ayrılarkən məndən BDU-nun jurnalistika fakültəsində bir yerdə oxuduğu Təyyar Nəsirliyə salamını çatdırmağımı tapşırdı. Redaksiyadan çıxıb pilləkənlər vasitəsilə aşağı enərkən ikinci mərtəbədə təsadüfən Fərqanə Mehdiyeva ilə qarşılaşdım...
Bəs, görəsən, kimdir Elçin Hüseynbəyli?
“Nasir, yazıçı-dramaturq, publisist, AYB-nin üzvü Elçin Hüseynbəyli 1961-ci il dekabrın 23-də Cəbrayıl rayonunda anadan olmuşdur. Yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı - E.Hüseynbəyli 1979-cu ildə doğulduğu rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1989). 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda piyada qoşunlarda uğurlu hərbi xidmət keçmiş və “əlaçı əsgər” döş nişanına layiq görülmüşdür.
1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olmuşdur. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdən biri olan Elçin bəy 1989-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləmiş və radionun Bakı bürosunu yaratmışdır.
2004-cü ilin mayında Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın (1938) təqdimatı ilə Azərbaycan Yazıçılar Birliyi plenumunun iştirakçıları tərəfindən yekdilliklə “Ulduz” jurnalının baş redaktoru seçilmiş və 27 mart 2014-cü ilədək bu vəzifədə çalışmışdır. Həmin tarixdən “Ədəbiyyat qəzeti”nin baş redaktorudur və 4 aprel 2014-cü il tarixindən (№12 (4919)) bu qəzet onun rəhbərliyi altında çap olunmağa başlanmışdır. O, həm də AYB Katibliyinin yeddi üzvündən biridir.
Haqqında ölkənin ən tanınmış ədəbiyyat adamlarının 100-ə yaxın məqalə yazdığı Elçin Hüseynbəyli Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan “Güney Qafqaz” dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində dram əsərlərinin alqı-satqısı üzrə Dövlət komissiyasının üzvüdür.
Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsidir.
2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülmüşdür.
2001-ci ildə “Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri’, 2007-ci ildə “Humay”, 2009-cu ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına (nəsr üzrə ilk nominant kimi), eləcə də bir sıra ədəbi ödüllərə layiq görülmüşdür.
Hekayələri, romanları orta və ali məktəblərdə tədris olunan E.Hüseynbəyli “Rəqs edən oğlan” (hekayələr), “Balıq adam” (roman), “Tut ağacı boyunca” (roman), “Yovşan qağayılar” (roman, hekayələr), “İki nəfər üçün oyun” (pyeslər), “Cənab 21-ci əsr” (publisistika), “On üçüncü həvari, 141-ci Don Juan” (roman), “Şah Abbas” (roman), “Metro vadisi” (roman və hekayə), “Şimallı gəlin” (hekayələr), “Kopelhausda bir axşam” (2+1), “Yolayrıcında qaçış” (roman), “Azıx” (roman) kitablarının, səkkiz romanın, yüzə qədər hekayə, esse və bədii məqalənin müəllifidir.
Təhkiyəsi axıcı, üslubu fərdi olan yazıçının əsərləri ingilis, rus, alman, gürcü, fransız, polyak, ukrayna, litva, koreya, fars, ərəb və s. dillərə tərcümə olunmuş və türkdilli xalqların dillərinə uyğunlaşdırılmışdır.
Kitabları Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunan Elçin bəyin doqquz pyesi (biri tərcümədir) dövlət teatrlarında oynanılmışdır
Evlidir. İki – bir qız və bir oğlan övladı var. Siyasi mənsubiyyəti yoxdur. Mərkəzçidir.” (3,5), (4).
Etiraf edib düzünü deyim ki, Avropa Birliyinin regionda münaqişə tərəflərilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisi olan Elçin Hüseynbəylini kütləvi informasiya vasitələrindən “Ulduz” jurnalının və “Ədəbiyyat qəzeti”nin baş redaktoru kimi qiyabi tanısam da, onun heç bir əsərini oxumamışdım. Amma tanış olduğumuz zaman mənə bağışladığı kitabın içindəki “Yolayrıcında qaçış” romanını oxuduqdan sonra Elçin bəyi özüm üçün bir yazıçı kimi kəşf etdim.
2012-ci ildə V sinfin ədəbiyyat fənn kurikulumu üzrə ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün “Ədəbiyyat” dərsliyinə yazıçının “Firuzə qaşlı xəncər” hekayəsinin salınmasına səmimi qəlbdən sevindim. Ona görə sevindim ki, ədəbiyyatımızın, eləcə də hər bir azərbaycanlının ağrılı mövzusuna - Xocalıya həsr olunan əsər nəfis şəkildə tərtib edilmiş dərslikdə öz layiqli yerini tuta bilmişdir.
İlk dəfə 2012-ci ildə “Ulduz” jurnalında (№5, səh.93-96) yazıçının “məktəblilər üçün yazılıb” qeydi ilə çap edilmiş hekayənin tədrisinə müəllim üçün metodik vəsaitdə üç dərs saatı ayrılması lazım bilinmişdir (5,22-23). Birinci və ikinci dərs saatlarında müəllifin Ənvər Məmmədxanlının (1913-1990) “Buz heykəl” (1944), İlyas Əfəndiyevin (1914-1996) “Xəncər” hekayələrindən bəhrələnərək qələmə aldığı əsərin məzmunu üzrə iş, üçüncü dərs saatında isə hekayənin təhlili aparılır.
Yeddi bölmədən ibarət dərsliyin dördüncü - “Müharibə və insan haqqı” adlı tədris vahidində Xəlil Rza Ulutürkün (1932-1994) ixtisarla verilmiş “Oğul həsrəti” şeirindən sonra gələn hekayənin birinci hissəsinin məzmunu üzrə iş zamanı təlim məqsədləri kimi hər bir şagirdin “hekayədə tanış olmayan sözləri müstəqil müəyyənləşdirməsi, mənasını lüğət vasitəsilə aydınlaşdırması; bədii əsərlə bağlı fikirlərini nümunələr gətirməklə şərh etməsi; müzakirələrdə çıxışlara fəal münasibət bildirməsi” (5,30) üçün müəllim şagirdlərə istiqamət verməlidir.
Xocalı soyqırımından bəhs edən hekayənin ikinci hissəsinin məzmunu üzrə iş zamanı təlim məqsədləri kimi hər bir şagirdin “əsərdən seçdiyi hissənin məzmununu geniş nağıl etməsi; mənasını yeni öyrəndiyi sözlərdən şifahi təqdimatlarda, müsahibələrdə ifadə etməsi; əsərdə hadisələrin ardıcıllığını pozmadan bitkin hissələr seçməsi; nağıletmə zamanı bədii əsərlə bağlı fikirlərini yığcam, aydın ifadə etməsi” (5,30) üçün müəllim şagirdlərə eyni diqqəti ayırmalıdır.
“Xalqımızın taleyinə yazılmış müharibənin dəhşətləri ilə bir daha qarşılaşdığımız” (6,86) hekayənin təhlili zamanı təlim məqsədlərini aşağıdakı kimi qruplaşdıra bilərik:
Şagird:
1. Obrazların xarakterinə, davranışına münasibət bildirir;
2. Əsərdə bədii təsvir vasitələrinin rolunu aydınlaşdırır;
3. Əsərin mövzusunu, ideyasını müəyyənləşdirir;
4. Əsərdəki əhvalat və hadisələrlə əlaqədar fikirlərini aydın, ardıcıl şərh edir;
5. Təqdim olunmuş mövzu üzrə fikirlərini ardıcıl şərh etməklə esse yazır (5,30).
Müharibə mövzusunda olub “müharibə insanlara fəlakət gətirir” fikri öz əksini tapan hekayədə düşmənin əsl simasının açılması üçün əsas diqqəti erməni obrazlarının xarakter və davranışına yönəltmək istəyirəm.
Birincisi, müdafiəni yarıb Xocalıya girən, heç kimə aman verməyən ermənilər xəyanətkardırlar. Əsərin əsas qəhrəmanı Zeynəb müəllimənin həyat yoldaşı, üç yaşı təzəcə tamam olmuş balaca Gülərin atası, uzaqgörən Tofiqin ilk sözü də, həmyerlılərinə anlatdığı “İtlə dost ol, çomağı yerə qoyma. Erməniyə bel bağlamaq olmaz. Ehtiyatlı və diqqətli olun” (6,87) xəbərdarlığı da bunu bir daha təsdiq edir.
Məlum hadisələrdən iki gün əvvəl ermənilərlə umu-küsüyə, dava-dalaşa son qoyulması barədə razılığa gəlinmişdi.
“Amma sən saydığını say, gör fələk nə sayır.
Həmin danışıqdan sonra keşiş Arsen həmyerlilərinə belə demişdi: “Türkdən dost olmaz, türk bizim əbədi düşmənimizdir. Söz də bizimdir, əməl də. Çox da ki, söz vermişik, əməlimizi həyata keçirməliyik”” (6,87).
Dünən özünü dost, mehriban qonşu kimi göstərən ermənilər bu gün düşmənə, amansız qatilə çevrilmişdilər.
“Uşaqlardan biri saqqallıya yalvardı:
- Əmi, qurban olum...
Saqqallı onu soyuq nəzərlərlə süzdü, sonra qolundan tutub çalaya itələdi.
Uşağın “əmi” dediyi adam - Aşot adlı çəkməçi onlarda (Zeynəbgildə - E.Ə.) çox çörək kəsmişdi” (6,92).
İkincisi, Xocalıda haqladıqları adamları yerindəcə güllələyən ermənilər hiyləgərdirlər. Qəsəbənin çıxacağına çatan Zeynəbə yetişən, al-qan içində olan könüllü döyüşçünün yerə yıxılmamışdan öncə zarıya-zarıya söylədiyi “Hamıya deyin ki, Ağdam yolu bağlıdır, ermənilər oranı tutublar, bizi aldatdılar, hamını qırırlar” (6,90) son sözlərini ermənilərin hiyləgərliyinə sübut kimi göstərmək mümkündür.
Üçüncüsü, Xocalı-Ağdam yolunda pusqu qurub hamını qıran ermənilər yalançıdırlar. Bədnam qonşularımızın bu iyrənc xüsusiyyətini Elçin Hüseynbəyli bir yazıçı kimi bütün dünyaya Zeynəbin atası Bəhram kişinin dilindən məharətlə çatdıra bilmişdir.
“… Dığa köpək uşaqları söz vermişdilər ki, hücum eləməyəcəklər, sonra da ratsiya ilə xəbər verdilər ki, Xocalı-Ağdam yolu açıqdır. Əclaflar, sən demə, yalan deyirlərmiş...” (6,94).
Dördüncüsü, ermənilər acgözdürlər. Bunu E.Hüseynbəyli Xocalı faciəsini bütün çılpaqlığı ilə əks etdirən hekayədə əlbəyaxa olarkən belə Zeynəbin sırğalarını qoparmağa çalışan saqqallı erməni komandiri obrazı vasitəsilə təsvir etmişdir.
“Ermənilərin maşını bir neçə yüz metr gedəndən sonra dayandı. Saqqallı erməni komandiri:
- Dayan, - deyə sürücüyə əmr elədi, - biz onların qızıl dişlərini çıxarmamışıq, müsəlmanlar qızıl dişləri sevirlər. Siz gedin, bir azdan sizə çataram.
O, qəniməti heç kimlə bölüşmək istəmirdi” (6,93).
Beşincisi, ən əsası ermənilər vəhşidirlər. Yazıçının rəvan təhkiyə üstündə qurduğu əsərin erməni qəddarlığını şərhsiz göstərən aşağıdakı hissəsini göz yaşları axıtmadan oxumamaq olmur.
“Gələnlər maşından düşdülər və ermənicə öz aralarında nəsə danışdılar. Sonra maşının yük yerindəki adamlara aşağı düşməyi əmr etdilər. Onların çoxu arvad-uşağıydı...
- Çalalar hazırdır? – saqqallı soruşdu.
- Hazırdır, komandir, - cavan yaraqlı ona cavab verdi, - ötən həftədən qazmışıq.
- Soyundurun bu türk...
Əsirləri soyundurdular.
- Komandir, güllələyək?
- Yox, gülləni onlara sərf etməyin, lazımımız olacaq.
- Bəlkə, yandıraq?
- Axmaq! – deyə saqqallı onun üstünə çımxırdı. – Benzin heyif deyil?! Atın çalaya, üstlərinə də su tökün... qoy donsunlar. Çalaları da torpaqla örtün. Müsəlmanlar elə bilsinlər ki, biz öldürməmişik, özləri donub...
Ermənilər əsirləri çalaya atdılar, üstlərinə su tökdülər. Arvad-uşağın ah-naləsi, yalvarışları göyə qalxdı. Amma onları eşidən olmadı. Bir azdan səsləri eşidilməz oldu. Düşmənlər onları diri-diri basdırmışdılar, üstlərinə də suyu ona görə tökmüşdülər ki, tez donub ölsünlər.
Ermənilər bir az gözləyəndən sonra maşına minib getdilər” (6,90;92).
Xalqımın, millətimin qarşısında mənəvi borc bilərək qələmə aldığım bu yazımı onları Ağdamda qarşılayan zaman əvvəlcə lalə yanağı solmuş, rəngi pambıq kimi ağarmış nəvəsini, sonra da qızını bağrına basıb ağlayan, heyrətlə Zeynəbin üzündəki, paltarındakı qan ləkələrinə baxıb Gülərə nəzər salan Bəhram kişi ilə Zeynəbin arasında baş tutan, müəllifin gələcəyə və qələbəyə inamla hekayəyə bilərəkdən daxil etdiyi dialoqla bitirirəm.
“ - Ata, bilirsən ermənilər orada neylədilər?
- Bilirəm, qızım, bilirəm, Allah bəlalarını versin! Qisas qiyamətə qalmaz!” (6,94).
ƏDƏBİYYAT
1. Fərqanə. İkimiz darıxsaq... Bakı, “Adiloğlu”, 2012.
2. Elçin Hüseynbəyli. Yolayrıcında qaçış. Bakı, “Qanun”, 2012
3. “Ədəbiyyat qəzeti”, 23 dekabr 2011-ci il, № 47 (3798).
4. az. wikipedia. org/wiki/ Elçin Hüseynbəyli.
5. Bilal Həsənli, Soltan Hüseynoğlu, Əminə Səfərova, Əsgər Quliyev. Ədəbiyyat. 5-ci sinif. Müəllim üçün metodik vəsait. Bakı, “Bakı”, 2012.
6. Soltan Hüseynoğlu, Bilal Həsənli, Əminə Səfərova, Əsgər Quliyev. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı, “Bakı”, 2012.

Комментариев нет:
Отправить комментарий