08.08.2014

Etibar Salmanov - SEVGİ

Sevgi - Yaradanın bir hədiyyəsi,
İlahi ruhunun insandaki ifadəsi,
Ona olan sevginin bizdəki ifadəsi,
Ürəyə qüvvət verən çox güclü iradəsi.

Sevgi -qəlbimizə atılan böyük imzadır,
Doğuşdan məzaradək orada qalacaqdır.
Adını qəlbə yazan qəlblərdə olacaqdır,
İmza sahibi Tanrı insanda yaşayacaqdır.

Sevgi ürəyin həyata, ömrə vurduğu naxış,
Gözlərin qəlblərə, ürəklərə baxdığı baxış.
Sevincdən,fərəhdən gözlərdən axan yağış,
Ayrılıqdan, həsrətdən olan acı ağlayış.


Sevgi yaşam həvəsi, könüllərin qidası,
Yaşamaq, yaşatmaq, yazmaq həvəsi.
Güllərin budağında bülbüllərin nəğməsi,
Pərvanənin alovda yanıb külə dönməsi.

Sevgi ən gözəl sənətin çağıran səsi,
Tarın, kamanın təranəsi,bəstəsi,
Ürəklərin nəşə,sevinc dolu nəğməsi,
Çəkilən tabloların bir əfsanəsi.

Комментариев нет:

Отправить комментарий