17.08.2014

Etibar Salmanov - BƏNZƏYİRSƏN

Bəzən baxdıqca sənə,
Bənzədirəm güllərə.
Xasiyyətin, görkəmin,
Həmahəngdir güllərlə.

Ətrində qızılgülə,
Zəriflikdə nərgizə,
Utananda laləyə
Bənzəyirsən gözəl qız.

Küsəndə bənövşəyə,
Güləndə yasəmənə,
Yağışda zəng gülünə
Bənzəyirsən gözəl qız.


Danışanda, güləndə,
Sevinib əylənəndə
Çəmən çiçəklərinə
Bənzəyirsən gözəl qız.

Комментариев нет:

Отправить комментарий