Ermənistanın Noyenberyan rayonunda bir qadın Polis İdarəsinə şikayət edib.
“Qafqazinfo” xəbər verir ki, qadın polisə müraciətində deyib ki, qonşu blokda yaşayan ailə müntəzəm olaraq yüksək səslə Azərbaycan mahnıları oxutdurur və bundan narahatdır. Şikayətlə əlaqədar polis əməkdaşları hadisə yerinə göndərilir. Polislərin araşdırması zamanı məlum olur ki, mahnılar əsasən Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi Azərbaycan xalq mahnılarıdır. Ailə başçısı Azərbaycan xalq mahnılarının vurğunu olduğu üçün həmin mahnıları Gürcüstanın Sadaxlı bazarından əldə etdiyini bildirir. Mahnıları ən çox dinləyən isə, hələ uşaq vaxtından mərkəzi sinir sisteminin pozulması nəticəsində iflic xəstəliyindən əziyyət çəkən 21 yaşlı gənc olur. Polislər heç bir tədbir görmədən evi tərk edirlər.

Комментариев нет:
Отправить комментарий