08.08.2014

Sovet təhsili və biz

Vüqar Məmmədov

Hər sözün arxasıyca qaçan insanlar var...
Hər eşitdiyini təhlil etmədən, dogrulugunu araşdırmadan başqalarına yayan insanlar var.
Sag olsun Şura hökuməti, Sovet hökuməti. Uşaqların savadlanmasını, bilik əldə etməsini valideynlərdən daha cox istəyirdi.
Bu yönümdən Çar Rusiyası dövründə Qafqaz xaqları üçün istifadəyə verilmiş Qori seminarıyasını nəzərə almaq olar.
Sovet dönəmində əhalinin oxuma və yazma qabiliyyəti 99 % idi. İnsanların dünyagörüşü isə kifayət qədər kamil idi. Müstəmləkəsi hesab olunan respublikalarda Mərkəzin xalqlara təlqin etdiyi ən böyük prioritet məsələ savadlı, elmli və bilikli Sovet vətəndaşı yetişdirmək idi.
1-ci sinfə 1-ci gün ayaq açan uşaga sinif otagının divarında Leninin "Oxumaq, oxumaq və yenə də oxumaq" sözləri yazılmış şüarı əzbərlədirdilər. Bunun nəticəsi idi ki bir müddətdən sonra həmin "müstəmləkə uşaqları"nın səsi dünyanın müxtəlif kürsülərindən, Kremldən, dövlət səviyyəli elmit-texniki universitet və akademiyalardan gəlməyə başladı.

Azərbaycanda bu dövrdə coxlu İnstitut, Universitet və Akademiyalar açılmaga başladı. Yüksək ixtisaslı müəllim heyəti dünyanın məşhur beynəlxalq olimpiadalarında iştirak edir, beynəlxalq simpozium və elmi-mübadilə görüşlərində layiqli yerlər qazanırdılar.
Dünyanın müxtəlif ölkələrindən ali təhsil almaq üçün Sovet Dövlətinə müraciətlər olunur, onların br qismi də Azərbaycan SSR -in İnstitut və Akademiyalarında təhsil alıb, öz vətənlərinə qayıtmışlar.
Keçdi artıq o günlər. Xalq gələcəyə böyük ümidlə yaşayır.

Комментариев нет:

Отправить комментарий