Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Umut Oran daxili işlər naziri Efkan Alaya soruğu göndərərək İstanbul məscidlərinin “İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının nəzarətinə keçdiyi, orada Azərbaycan vətəndaşlarına təlimat keçilərək İraqa, Suriyaya göndərildiynə dair məlumata izahat verməsini isttəyib.
Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, millət vəkili daxili işlər nazirinə göndərdiyi sorğuda bildirir: “Suriyada peyğəmbər məscidlərini, türbələrini bombalayaraq havaya uçuran, şəriət məhkəmələri quraraq insanları güllələyən, başlarını kəsən İŞİD təşkilatını nazirlik terror təşkilatı kimi rəsmən tanıyırmı? İstanbul Esenyurtda cəfəri vətəndaşlarımızın getdiyi Muhammediyyə Camisinin iki dəfə dağıdılmasının arxasında İŞİD-in olduğu barədə məlumatlar doğrudurmu?
İstanbulda xüsusən Fatih, Ataşehir, Esenyurt və Bağçılar qəsəbələrindəki bəzi məscidlətin İŞİD-in nəzarətinə keçdiyi, orada xüsusən Azərbaycandan gətirilən gənclərin təlim keçilərək Suriyaya göndərildiyi doğrudurmu?
İŞİD barəsində Daxili İşlər Nazirliyi və ya Milli İstihbarat Təşkilatı tərəfindən hazırlanan hansısa hesabat varmı? Ramazan bayramında İstanbul Ömerlidə çoxsaylı İŞİD üzvlərinin toplantı keçirməsi üçün icazəni kim verib?
İŞİD-in İstanbulda təlim düşərgələrinin olduğu barədə məlumatlar doğrudurmu?”.

Комментариев нет:
Отправить комментарий