Çimərliklərdən ölüm xəbərləri gəlməkdə davam edir
Yay mövsümünün başlaması ilə Xəzər çimərliklərinə axın edən vətəndaşlarımız sözün əsl mənasında ölüm təhlükəsi ilə üz-üzədirlər.
Yarandığı gündən çimərliklərdə insanların təhlüəsizliyini qurumaqla vəzifələndirilmiş Fövqəladə Hallar Nazirliyinə bu məqsəd üçün hər il dövlət büdcəsindən milyonarla manat pul ayrılır. Hər çlmərlikdə, istər dənizkənarı olsun istər daxili su hövzələrində, FHN-nin daimi işçi personalından yüzlərlə xilasedici tam texniki təchizatla iş başındadır. FHN xilasedicilərinin ixtiyarındakı sürətli katerlər və digər su texnikası imkan verir ki, çimərliklərdə təhlükəsizlik tam təmin edilsin. Amma bütün bunlara baxmayaraq dənizdə boğulanların sayı iləbəil artır. Dəhşət burasındadır ki, boğulanların böyük əksəriyyəti azyaşlı uşaqlardır.
Bu gün mediada yayılan xəbərdə iki ailənin beş uşağının dənizdə bataraq öldüyü bildirildi. Hadisə Xəzər rayonu Şimal DRESS deyilən çimərlik sahəsində baş verib.
Adı çkilən çimrlik zonası ta sovet dövründən paytaxt əhalisi şəhərimizə gələn turislər arasında çox populyar çimərlikdir. Hər çimərlik mövsümündə buraya minlərlə insan axışır. Çimərlikdə gözətçi qüllələri, xilasedicilərin katerləri, katamaranları və digər vasitələri var. Zonada 10 nəfərdən çox FHN xilasedicisi keşik çəkir. Boğulma hallarının hər dəqiqədə baş vermədiyini nəzərə alsaq, bu qədər xilasedicinin bütün zonanı nəzarətdə saxlaya biləcəyi tam olaraq mümkündür. Bu vəziyyətdə yenə boğulanlar olursa, deməli əraziyə təyin olunmuş xilasedicilər qeyri-peşəkər və işlərinin öhdəsindən gələ bilməyən işçilərdir. Bu isə FHN-nin kadr məsələlərində çox ciddi problemlərinin olduğundan xəbər verir.
Apardığımız qısa araşdırmanın nəticəsində məlum oldu ki, heç FHN xilasedicilərinin əksəriyyəti özləri belə əməlli-başlı üzməyi bacarmırlar. Əksəriyyəti gənc oğlanlardan ibarət xilasedicilərin isə çimərlikdə insan taleyindən çox əslində nə ilə marqlandığı ilk müşahidədən bəlli olur.
ölkə.az
Комментариев нет:
Отправить комментарий