04.08.2014

Sizdən Qarabağ dərdi çəkən və Qarabağı alan çıxmaz

Muhəmmədəli Axundzadə

Daxil oluram bir internet saytına. Gözümə “Azərbaycan ordusunda itkilərin sayı 50 nəfərə çatıb” başlıqlı xəbər dəyir. Açıb oxuyuram. Xəbərdə qeyd edilir ki, bu 50 nəfərdən 37-si qeyri döyüş itkilədir. Bu bir ağrılı yerimiz. 
Bu yetməmiş kimi, bəzi saytların dediyinə görə 8 bəzilərinin dediyinə görə 11 hərbiçimiz keçən axşam erməni gülləsinə tuş gələrək şəhid olub. Müdafiə Nazirliyinin münasibəti gecikir. Azərbaycan televiziyaları çal-çağır yayımlayır. Bu çal çağıra münasibət bildirən MTRŞ-nın şöbə müdiri deyir: "Biz də bu məsələdə telekanallara tövsiyyə verə bilərik. Amma telekanallar özləri bunu başa düşüb çalışmalıdırlar ki, proqrama dəyişiklik etsinlər. Əlbəttə proqrama dəyişiklik etmək elə də asan deyil. Amma nəzərə almaq lazımdır ki, bu ümumilli məsələdir. Eyni zamanda həssas durumdur. Söhbət vətəndən, təmas xətində həyatını qurban verən şəhidlərdən gedirsə çalışmalıdırlar ki, proqramdan çal-çağır verilişlərini yığışdırsınlar. Yəni bu məsələ telekanalların özlərinin mərifət qanacağına qalıb".
Fikir verin. 1 ay bundan qabaq ANS telekanalında azan qadağasına “Azərbaycan dünyəvi ölkədir və burada kim nə istəyirsə, onu edə bilməz. “Azanlar yalnız dini ibadət edilən binalarda, yerlərdə olmalıdır. Yoxsa ki hər kəs öz evində, televiziya kanalında, radiosunda və sairə azan verməli deyil” deyə münasibət bildirən bir İdarənin bu gün şöbə müdiri “Biz də bu məsələdə telekanallara tövsiyyə verə bilərik” deyir. Eynilə bu günkü hakimiyyətin siyasətini davam edir bu idarə. Necə ki, hakimiyyət nümayəndələrindən birinə bu gün televiziyaların biabırçılığı barədə bir söz deyən kimi, biz televiziyaların işinə qarışa bilmərik deyirlər və işlərinə gəldikdə isə müdaxilə də edə bilirlər. Eyni qayda ilə də MTRŞ-gedir. Bəsdirin bu qədər xalqı axmaq yerinə qoydunuz. Bəsdir bu qədər yalanla bu qədər bayağı şou tamaşa, çal-çağırla millətin başını qatdınız. Sizdən Qarabağ dərdi çəkən və Qarabağı alan çıxmaz. Siz Qarabağı çoxdan unutmusunuz. Heç olmaya bu millətin beynini yumayın televiziyalarınızla. 

Комментариев нет:

Отправить комментарий