30.08.2014

Omid Nəccari - Röya evimiz

Bizim Şəhərimiz iki kişilik səndəl
Sultanı sən, Milləti mən
Bizim kitabımız iki Adlı yazı
Şeiri sən, Şairi mən
Bizim sevdamız iki dəli qanlı Aşiq 
Əslisi sən, Kərəmi mən
Bizim göy üzümüz başdan başadır
Buludu sən, Yağışı mən
Bizim ağacımız baxçalarda Gilənardır
Meyvəsi sən, Gövdəsi mən
Bizim gecəmiz çox qəribə
Ayı sən , Ulduzu mən
Bizim şarqımız Aşıqların sazlarında
Səsi sən, Mahnısı mən
Bizim Röya evimiz Azərbaycandadır
İşığı sən, Toprağı mən

Комментариев нет:

Отправить комментарий