17.08.2014

Divarlar mələrkən

Hüseyn Vahidi

Mənə elə gəlir zaman dayanıb, günəş isə çıxandan hələ də öz çıxdığı yerindədir. Saat tik-tak, tik-tak edir, amma qabağa getmir. Yanımda oturan hər kimsə yerində donub, durğun qalıb.
-"Nömərə 127, xanım Gülnaz Allahverdi, buyurun içəri" kargüzar haray çəkərək dedi.
Ayağa qalxıram. Elə bil hamı yerində quruyub, Dəlicə qapını döyəmədən içəri keçirəm. Salamsız-nəsiz oturacaqda otururam. Həkim bəy qəlm əlində quruyub masasına batıb. Başımı çevirib otağına göz atıram.
Akvariumda balıqları yatıb, eləbil onlarda zamansızlayıblar. Kitablar qəfəsədə səssizcə huyuxublar. Sol əlimdə pisxologiya xəstəliyi ilə ilgisi olan lövhələr divara asılıblar. Onlarda hürüt- hürüt mənə baxıb sanki qaş-qabaq sallayıblar.
Bir an divarlardan mələmə səsi qulağımı kar eləyir. Əllərimi qulaqlarıma aparıram, amma səsə mane ola bilməyirlər. Aman allahım, Bilmirəm nə edəm. "Mən nə üçün gəlmişdim bura?"-Özümdən soruşuram. Dilim susur. Başım yerində quruyur. Həkim tərpənmədən danışmağa başlayır:
-Xanım dərdinizi buyurun...
-Mən gəlmişəm deyəm... Deyəm ki...
Dilim susur, qoymur danışam.
Saatın əqrəbləri sürətlə arxaya işələyirlər. Otaqdan çıxıram, Qayıdıram iki il bundan öncəyə.
Əhməd anası ilə mətbəxdə danışır, məndə mətbəxdən biraz qabaqda tozsoranla evi təmizləyirəm. Qızlarım isə cizgi filmə baxırlar.
Əhməd anasına üçüncü dəfə olaraq ata olmasının xəbərini verir:
-ana, Gülnaz dörd aydır boyludur.
Qayınanam dodaqlarıni büzərək başını tovlayıb, qaş-qabağın sallayıb deyir:
-başını yesin, hətəmən yenə qızdı...
-Bəli, qızdı...
Yazıq Əhməd anasının ürəyin ələ gərsin deyə artırır:
-Bu dəfə adın siz qoyun...
-Oğul bu sənin ocağını kor elədi, min dəfə dedim bunu boşa getsin, saymadın ki saymadın...dədənin qol-qanadı oğuldu... sənində ki yuxundu...
-Ana nə fərqi var ki, oğlan ya...
Qayınanam icazə vermir Əhməd danışa, mətbəxdəki oturacaqda oturub, dalın mənə çevirib yenə davam edir:
-apar saldırsın bu uşağı, sonrada boşa getsin, sən hələ cavansan, qızlar yalvarar sənə gəlsin, uşaqlarında 3-4 yaşları var, bu ocağı koruda tez unudarlar...
-Ana nə deyirsən, nə boşaması, elə həyat bu sadəlikdə?...
-Səndən adam çıxmaz oğul, qardaşın arvadına bax, iki dənə gül təkin oğlan verib qardaşına, səndə... yazıq oldun getədin...!
Sonrada üz-gözün büzüb, başını tovlayır.
səsimi çırxada bilmirəm. Bütün kədərimi, hayqırıtmı, sinirlərimi, ürəyimdə qalan sözəlrimi, yavaşca içimdə saxlayıram.
Qeyynanam, səsini azaldıb, oğlunu qurmağa çalışır. Tozsoranı söndürürəm. Əlimə dəsmal götürüb, masalarla mebelləri silməyə başlayıram. Nə qədər çalışıram nə dediklərini heç eşitmirəm. Bir az bundan öncə, tozsoran işələyə- işələyə uca danışırdı məndə eşidəm, amma indi tozsoranın səsi kəsilib, qeyinanam isə çox yavaş pıçıldayır.
Mətbəxdən çıxıb, çadırasını asqıdan götürüb, mən lə qızlardan sağollaşmadan, gözlərindən, acıq, nifərt, yaman- yovuz yerə yağa- yağa qapını çırpıb gedir.
O gedərkən, gözlərim islanıb, yağışla dolu olan bulud kimi yağmaya başlayır.
Əhməd yanıma gəlir. Qəzəbli səslə uşaqların üstünə çığırıb deyir:
-Durun cəhənnəm olun otağınıza, elə bu nənədən sizin kimi yetiməçələr olar.
Uşaqlar tələsik televiziyanı söndürüb otaqlarına getdilər.
Əhməd mebel üstündə oturur. Gözlərindən qan yağır. Hirs kəlləsindən dırmaşıb göyə çıxır. Tez-tez sol ayağını oynadır. Sürətlə ayağa qalxır. Mənə sarı baxıb necə ağlamağıma baxmayıb deyir:
-köpəyin qızı, daha bu dəfə mən qız-mız istəmirəm, sabah apar saldır...
Heç inanmırdım eşitədikəlrimə. Əhməd heç vaxt belə danışmamışdı. Yerimdə dayanıb qaldım. İçimdəki bütün arzular bir-bir yerə tökülüb sındılar. Dil- dodağımda su qalmadı. İslanmış gözəlrim isə quru gölə döndü. Zaman içinə düşdüm. Hər nə başıma dolanır. Saat sürətlə çalışırdı.
Həkim bir daha soruşdu:
-xanım nə üçün gəlibsiz?
Divarlardan qan axırdı, mələmə səsi qulaqlarımı sökürdü. Gözəlrim yumuldu. Boğazımdan fəqət kələmələr eşiyə atıldılar:
-Həkim bəy, mən qatiləm, iki ildi qatiləm, düz iki il, öz əlimlə qızımı öldürmüşəm, abort eləmişəm, mən... mən öldürmüşəm... Eşidirsən həkim... Daha dözə bilmirəm... həkim mən qatiləm...
Kəlməlrim sona çatan an, akvarium partlayıb balıqları yerə töküldü, kitablar qəfəsədən yerə səpələndilər, həkim get-gedə məndən uzaqlaşdı, divarlardan mələmə səsi əzabverici olub qulaqlarımı darma-dağın etədi, lövhələr d'rdim' dıymıdınn bir-bir cırılıb yerə gəldilər, pəncərədən görünən ağacların yarpaqları, sanki payız yayın yerini aldı deyə, saralıb tökülməyə başladılar, lampa söndü, zaman itdi, saat da bütün ədədlər sıfır oldu, hər yerdən uşaq ağlaması gəlirdi.
Mən isə zamanlar içində boğuldum.

Bu hekayə 2014/03/12-də Urmiyənın birinci ədəbiyyat mükafatında, üstün əsərlərdən biri (üçüncü) olubdur.

Комментариев нет:

Отправить комментарий